• USD 1,7001 0,00% EUR 2,1108 -1,08%
    • GBP 2,3855 -0,76% RUB 0,0301 -0,33%

Dolların taleyi necə oldu?

Dolların taleyi necə oldu?

ABŞ Federal Ehtiyat Sisteminin (FES) iyul ayı üzrə toplantısının protokolu açıqlandı. Dünən Bakı vaxtı ilə saat 22:00-da yayımlanan protokolda FES-in pul-kredit siyasəti ilə bağlı qərarını, eləcə də ABŞ iqtisadiyyatına dair gözləntilərin qiymətləndirilməsi baxımından önəmli oldu.(http://publika.az/p/146)

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, protokollar FES səlahiyyətliləri arasında faizlərin qısa vaxtda artırılıb-artırılmayacağı mövzusunda fikir ayrılıqlarının olduğunu göstərir. Belə ki,FES səlahiyyətliləri faiz artımının müəyyən bir zamanda lazımlı olduğunu dəstəklədiyi halda, bəziləri elə iyul ayında faiz artımını vacib sayıblar.

Protokolda bildirilir ki, faiz dəyişikliyinə getməzdən əvvəl məşğulluq bazarındakı təcili və iqtisadi aktivlik yaxından araşdırılmalı, daha çox məlumat toplanmalıdır. FES səlahiyyətlilərinin bir qismi inflyasiyanın gözləniləndən daha sürətlə artacağı şəraitdə prosesə təpki verilməsi üçün bol zamanın olduğunu bildiriblər. Sənəddə o da qeyd edilib ki, iqtisadiyyatla bağlı qısa vədəli risk gözləntiləri azalıb.

Nəzərə çatdıraq ki, FES-in növbəti toplantısı sentyabrın 20-21-də reallaşacaq. Bundan əvvəl isə avqustun 26-da Cakson Holedə FES rəhbəri Canet Yelleninin çıxışı gözlənilir. Hansı ki bu çıxışda faizlərlə bağlı mühüm mesajlar verilə bilər.

Qeyd edək ki, FES-in 26-27 iyul üzrə protokolları FES yetkililərinin faizlərin artırılması istiqamətində konsensusa gəlmədiklərini göstərir. Çünki, ABŞ Mərkəzi Bankı 2016-cı ildə 4 faiz artımı nəzərdə tutmuşdu.Lakin aradan keçən 8,5 ay ərzində bank cəmi bir faiz artımı reallaşdırıb. Bunun da səbəbi qurumun daxilindəki fikir ayrılıqlarıdır. Gözləniləndir ki, ilin sonuna FES daha bir faiz artımına getsin. Amma bu artım 2015-ci ilin dekabrında olduğu kimi protokol xarakteri daşıyacaq.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>