Banklar ipoteka krediti vermir
Bizi izləyin

Ekopublika.az

Banklar ipoteka krediti vermir

Hazırda İpoteka Fonduna müvəkkil olan bankların heç birində ipoteka kreditləri aktiv deyil.

Publika.az xəbər verir ki, bu ilin birinci yarımilində 11 milyon manat güzəştli ipoteka krediti verilib. Cari ilin üç ayında 6 milyon manat, növbəti üç ayda isə 5 milyon manat güzəştli ipoteka krediti təqdim edilib.

2007-2016-cı illər arası güzəştli şətlərlə verilmiş ipoteka kreditlərinin həcmi 193 milyon manata çatıb. 2006-2016-cı illlərdə verilmiş adi ipoteka kreditlərinin həcmi isə 506 milyon manat təşkil edib. Cari ilin 6 ayında 7 milyon manat adi ipoteka krediti ayrılıb.

On il ərzində (2006-2016-cı illərdə) 17,997 ipoteka krediti verilib. Bunun 4 921-i güzəştli olub. Güzəştli ipoteka kreditlərinin verilməsi say baxımından 2010-cu ildən artmağa başlayıb.

Rəqəmlərin təhlili göstərir ki, müvəkkil kredit təşkilatları arasında ən çox kredit “Zaminbank ASC” tərəfindən ayrılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm