Ekopublika.az
Dövlət Neft Fondunun büdcəsinə dəyişikliklər edildi
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 dekabr tarixli
57 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman
imzalayıb.
Fərmanda qeyd olunur ki, "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli sərəncamının 2.1-ci bəndini nəzərə alaraq "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 dekabr tarixli 57 nömrəli fərmanında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə "11 349 934,8" rəqəmləri "10 590 034,8" rəqəmləri ilə əvəz edilsin;
1.2. 3-cü hissənin cədvəlində:
1.2.1. 3.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
3.9. "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi - 40 100,0
1.2.2. "Xərclərin məbləği (min manat)" sütununda cəmi göstərilən sətirdə "11 349 934,8" rəqəmləri "10 590 034,8" rəqəmləri ilə əvəz edilsin;
1.3. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətləri (proqramı)"nın 1.9-cu bəndi aşağıdakı redaksiyada verilsin:
"1.9. "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi.".
Azərbaycan Respublikasının Dövlət Neft Fonduna bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb".
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye