Almaniyanın enerji şirkəti Bakıda ofis açıb
Bizi izləyin

Ekopublika.az

Almaniyanın enerji şirkəti Bakıda ofis açıb

Bu gün Bakıda Almaniyanın “E.ON” şirkətinin ofisi açılıb.

Bu gün həmçinin SOCAR və “E.ON” şirkəti arasında əməkdaşlıq üzrə Koordinasiya Komitəsinin görüşü olub.

Görüşdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev iki şirkət arasında əməkdaşlıq perspektivlərini müsbət qiymətləndirib.

R.Abdullayev “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi irimiqyaslı beynəlxalq layihələrə qədəm qoyulan bir ərəfədə SOCAR və Almaniyanın “E.ON” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

O, əmin olduğunu bildirib ki, bu əməkdaşlıq Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin dərinləşməsi üçün səmərəli töhfələr verəcək.

“E.ON Global Commodities” şirkətinin icraedici direktoru Xristofer Delbruk təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb, bu gün Bakıda şirkətin ofisinin açılışından məmnunluğunu ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm