Bu üzümləri yemək olmaz!
Bizi izləyin

Ekopublika.az

Bu üzümləri yemək olmaz!

Sumqayıt şəhərində yaşayan dörd azyaşlı uşağın dərmanlanmış gavalı və üzümdən zəhərlənməsi son iki günün müzakirə mövzusuna çevrilib. Çünki bu günə qədər zəhərlənmələr əsasən qarpızdan olurdu. Üzümlə bağlı şikayətlərə az rast gəlinib. Üzümdən hansı halda zəhərlənmək olar?

Bu suala cavab tapmaqda oxucularımıza Publika.az-ın "Ayırtman" layihəsi köməkçi olacaq.

Üzümün faydaları

Əvvəlcə üzümün faydalı tərəfləri haqqında danışaq. Üzümün mövcud olduğu dövr miladdan 5000 il əvvələ dayanır. Bu meyvənin ana vətəni Kiçik Asiya və Qafqazdır. Deyilənlərə görə, üzümün 15 000-dən çox növü var. Üzüm müxtəlif minerallar və vitaminlərlə zəngindir. Təkcə fiziki əməklə məşğul olanlar üçün yox, zehni əməklə məşğul olanlar üçün də faydalıdır. İmmunitet sisteminin möhkəmlənməsi, böyrək və qaraciyərin fəaliyyətinin yaxşılaşması, habelə qan azlığının müalicəsində üzümün rolu böyükdür. Bundan başqa, üzüm qanın təmizlənməsinə, orqanizmdə yığılan zərərli maddələrin xaric edilməsinə kömək edir. Üzüm həmçinin ürək-damar sisteminin fəaliyyətini nizamlayır. Bu şəfa mənbəyi tərkibindəki resveratrol birləşməsi sayəsində orqanizmin xərçəngə qarşı müqavimətini artırır.

Üzümdən hansı halda zəhərlənmək olar?

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən Publika.az-a verilən məlumata görə, fizioloji normaya əsasən insan orqanizminin normal fəaliyyəti üçün ildə orta hesabla 106 kq meyvə-giləmeyvə, 130 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir. Bu səbəbdən meyvə alarkən çox diqqətli olmaq lazımdır. Çünki ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş məhsullar da satılır. Belə məhsulların tərkibində toksik maddələrin olması ehtimalı çoxdur. Onlar insan orqanizmində ciddi xəstəliklərə yol aça bilər. Ona görə də əsasən xaricdən idxal olunan və geni dəyişdirilən meyvə-tərəvəzləri alarkən diqqətli olmaq lazımdır.

Keyfiyyətini necə saxlamaq olar?

Meyvə-tərəvəzin tərkibi və keyfiyyəti onun növündən, yetişmə dərəcəsindən, saхlanılma üsullarından və müddətindən çoх asılıdır. Bu proseslərin təsirinin müşahidə edilməsi, həmin məhsulların keyfiyyətinin normativ sənədlərə uyğunluğunun müəyyən edilməsi baxımından və istehlak zamanı vacib məsələlərdəndir. Müasir dövrdə meyvə-tərəvəzlərin keyfiyyətinə ekoloji amillər, onların süni üsullarla, gübrələrin köməyi ilə yetişdirilməsi ciddi təsir göstərir. Ona görə də bu məhsulları istehlak edərkən diqqətli olun.

Meyvə və tərəvəzin istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Onların qablaşdırıldığı yeşiklər mütləq markalanmalıdır. Markalanmada meyvə və tərəvəzlərin növü, netto və brutto çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Bu məhsullar keyfiyyətini itirməmək üçün əsasən avtorefrijeratorlarla daşınmalı və qısa müddətdə istehsal yerindən birbaşa istehlak yerinə çatdırılmalıdır. Taralarda daşınması və saxlanması bu məhsulların istehlakçılara daha keyfiyyətli şəkildə çatdırılması məqsədi daşıyır. Meyvə və tərəvəz daşınan zaman məhsulun üstü mütləq örtülməlidir.

Keyfiyyətli meyvə-tərəvəz istehlak etmək istəyən istehlakçılar onların saxlanma şəraitinə xüsusi fikir verməlidir. Belə ki, saхlanma zamanı meyvə və tərəvəz məhsullarında suyun buхarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər getdiyindən onların keyfiyyətində dəyişikliklər baş verir. Ona görə də ticarət obyektlərindən bu məhsulları aldıqda qeyd olunan məsələlərə diqqət edin.

Meyvəni nə qədər saxlamaq olar?

Saхlanma müddətinə görə meyvə və tərəvəzlər 3 qrupa bölünür. Bunlardan uzun müddət saхlanıla bilənlərə alma və armudun qış növləri, üzüm və s. aiddir. Bu qrupa aid olan məhsulları optimal şəraitdə orta hesabla 3 aydan 6-8 aya qədər saхlamaq olar. Orta müddətə saхlanıla bilənlərə payızda yetişən alma və armud, хiyar, kələm, qarpız və s. aiddir. Bu qrupa aid məhsulları 1 aydan 2-3 aya qədər saхlamaq mümkündür.

Qısa müddətə saхlanıla bilənlərə alma və armudun yayda yetişən növləri, çiyələk, gilas və tərəvəzlərdən göyərti və s. aiddir. Bu qrupa aid məhsulları 5 gündən 20 günə qədər saхlamaq olar.

Meyvə və tərəvəzlərin saхlanılması üçün optimal temperatur 15- 220 C-yə qədərdir. Lakin ayrı-ayrı meyvə və tərəvəzlər üçün temperatur dəyişməsi + 40C ilə - 20C arasında ola bilər. Bu məhsullar saxlanılan kamerada hava hər gün səhər və axşam dəyişdirilməli və müəyyən olunmuş temperatura yaxın səviyyəyə çatdırılmalıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm