• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bananın qiyməti qalxacaq

Bananın qiyməti qalxacaq

Bananın qiyməti qalxa bilər. Buna səbəb Cənub-Şərqi Asiyada banan plantasiyalarının göbələk xəstəliyinə tutulmasıdır. Hazırda epidemiyanın Yaxın Şərqə və Afrikaya doğru istiqamət aldığı deyilir.

Publika.Az xarici mətbuata istinadən bildirir ki, xəstəlik banan ağacları soru olan Cavendish-i kökdən yeyir. Qeyd edək ki, bu banan növü dünya ixracatının 95 faizini təşkil edir. Xəstəliyin kökləri İordaniya, Mozambikdə aşkarlanıb.

Məlumat üçün bildirək ki, vəziyyətdən hələlik yaxın region bazarları təsirlənməyib. Bununla belə situasiya beynəlxalq şəraitdə banan qıtlığına doğru gedir. Artıq qiymətlədə yüksəliş müşahidə edilməkdədir. Ekvadorda bananın bir qutusu (19 kq) 12 dollardır. Hansı ki fevralda bu qiymət 6 dollar təşkil edirdi.

Qonşu Rusiyada artıq bananın qiyməti fevral ayı ilə müqayisədə 20 faiz qalxıb. Məlumat üçün bildirək ki, Rusiyanın banan bazarı illik 1,3 milyon ton təşkil edir. Pərakəndə satış illik 1,3 milyard dollardır. Dünya üzrə isə bazar 18-19 milyon ton təşkil edir, satışlarsa 18-19 milyard dollardır.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR