"Bakıda ən bahalı torpaq sahəsi 350 000 dollardır" - AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

"Bakıda ən bahalı torpaq sahəsi 350 000 dollardır" - AÇIQLAMA

Bakıda ən bahalı torpaq sahəsi 350 000 dollardır

“2014-cü ilin əvvəlindən daşınmaz əmlak bazarının digər seqmentlərində olduğu kimi, torpaq bazarında da qiymətlər artıb”.

Bunu Publika.Az-a açıqlamasında "MBA” Qiymətləndirmə və Konsaltinq Şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

O, qeyd edib ki, yaranmış vəziyyəti qış fəslinin tədricən sona yetməsi və tikinti sektoru üçün qarşıdan mövsümi ayların gəlməsi ilə bağlı olaraq hazırlıq işlərinin görülməsi və şəhərdə növbəti söküntü dalğasının başlanması ilə əlaqələndirmək olar:

“Yanvar ayının əvvəlindən “sovetski” deyilən ərazidə köhnə tikililərin söküləyəcəyi qərarı Bakı şəhərinin torpaq bazarında qiymətlərin artması ilə nəticələnib. "MBA Consulting Group" şirkətinin torpaq bazarında apardıqları müşahidələrin nəticəsinə görə torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən -0,63% azalıb. Fevral ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 1,35% artaraq 17 646 dollar/sot səviyyəsindən 17 884 dollar/sot səviyyəsində qərarlaşıb. 2014-cü ilin fevral ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunmasına baxmayaraq Abşeron, Nəsimi, Səbail və Nizami rayonlarında qiymət azalması müşahidə olunmuşdur. Qeyd etmək lazımdır ki, əvvəlki yanvar ayında da bu rayonlarda qiymət artımı qeydə alınıb. Ən çox qiymət azalması mərkəzi rayonlarda qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Xəzər, Qaradağ, Sabunçu və Suraxanı rayonları, ən passiv rayon isə Nəsimi və Nərimanov rayonlarıdır. 2014-cü ilin fevral ayında torpaq bazarında aktivlik şəhərin III və IV zonalarında artıb. Qiymətlərin və torpağa olan tələbin artması təklif portfelinin həcmində son ayda azalması ilə müşahidə olunub.Göründüyü kimi təklifin həcmi IV zonada artım, qalan zonalarda isə azalma ilə müşahidə olunub”.

Məlum olur ki, zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişib. Mövsümi aylarda olduğu kimi, bütün zonalarda torpaq sahələrində qiymətlərin artımı müşahidə edilib.Belə ki, I zonada yanvar ayında264102 $/sot, fevral ayında 264136 $/sot olub. Orta qiymət dəyişməsi 0,01 % təşkil edib. II zonada yanvar ayında qiymət 152627 $/sot, fevral ayında 153708 $/sot olub. Orta qiymət dəyişməsi 0,71 faiz olub. lll zonada yanvar ayında qiymət 35985 $/sot, fevralda 38607 $/sot təşkil edib. Orta qiymət dəyişməsi 7,29 faizlə yadda qalıb. IV zonada yanvar ayında qiymət 5212 $/sot, fevralda 5465 $/sot olub. Orta qiymət dəyişməsi 4,85 faiz təşkil edib.

N.İbrahimov deyir ki, torpaq bazarında azalan təklif, aktivliyin və təlabatın artması ilə bağlı olub. Ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən idi: “Ay ərzində torpaq bazarına təklif olunan ümumi 593 ədəd torpaq sahəsinin 90.0%-i boş sahə, qalanı isə qеyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil еdib. Yеni tikililərin salındığı torpaq sahələrinin 20.1%-i köhnə yararsız еvlərin sökülməsi, 5.5%-i kеçmiş sənayе və məişət obyеktlərinin yеrləşdiyi torpaqlarda, qalan hissəsi isə yеni torpaqların alınması hеsabına aparılıbdır. Təklif portfelində torpaq sahələrinin orta sahəsi -46,89% azalaraq 21,4 sot/sahə təşkil edib. Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin azalması demək olar ki, şəhərin bütün hissələrində müşahidə edilib. Bazarda təklifin azalması təbii ki, satışın həcminin artması və boş torpaq sahələrinin azalması ilə bağlı olub”.

Qiymətlərə gəlincə, 2014-cü il fevral ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər yuxarıda qeyd edildiyi kimi artım ilə yadda qalıb: “Qiymət indеksi ay ərzində 1,35% artaraq 8,951 səviyyəsində qərarlaşıb. Ümumən təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur.

Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nəsimi rayonunda (350 000 $/sot), ən ucuz torpaq sahəsi isə Xəzər rayonunda (440$/sot) qеydə alınıb”.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm