Əhaliyə 5,1 milyard manatlıq mal satılıb
Bizi izləyin

Ekopublika.az

Əhaliyə 5,1 milyard manatlıq mal satılıb

Yanvar-mart aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,1 milyard manatlıq əmtəə satılıb.

Publika.Az bildirir ki, istehlak mallarının 2,7 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatını qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artıb.

Cari ilin birinci rübündə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-mart aylarına nisbətən 31,0 faiz artaraq 683,7 min manat təşkil edib.

Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 81,7 faizini hüquqi, 18,3 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,6 faizini qeyri-ərzaq malları təşkil edib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm