Nağdsız alqı-satqı əməliyyatlarının həcmi 30 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Nağdsız alqı-satqı əməliyyatlarının həcmi 30 faiz artıb

2014-cü ilin yanvar-mart aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,1 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, istehlak mallarının 2,7 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatını qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artıb.

Cari ilin birinci rübündə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-mart aylarına nisbətən 31,0 faiz artaraq 683,7 min manat təşkil edib.

Əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 81,7 faizini hüquqi, 18,3 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 91,6 faizini qeyri-ərzaq malları təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm