Azərbaycanın əmtəə idxal etdiyi ölkələrin sayı
Bizi izləyin

Ekopublika.az

Azərbaycanın əmtəə idxal etdiyi ölkələrin sayı

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 112 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 112 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, 61 ölkəyə əmtəə ixrac olunub, 108 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi iştirakçılarının 40-ı Avropa, 21-i Amerika, 37-i Asiya ölkələri və digərləridir.

İki ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 6,4 milyard ABŞ dolları, o cümlədən ixrac 5,2 milyard dollar, idxal isə 1,2 milyard dollar təşkil edib, nəticədə 4,0 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 226,1 milyon dollar təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm