Kreditlərin 831.6 milyon manatının ödəmə vaxtı keçib
Bizi izləyin

Ekopublika.az

Kreditlərin 831.6 milyon manatının ödəmə vaxtı keçib

2014-cü il mart ayının 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15.7 milyard manat məbləğində kredit ayırıb.

Publika.Az Mərkəzi Banka istinadən xəbər verir ki, verilmiş kreditlərin həcmi 2013-cü ilin mart ayının 1-i ilə müqayisədə 28.3 faiz artıb. Onun 78.2 faizi və ya 12.2 milyard manatı uzunmüddətli olub. Kreditlərin 831.6 milyon manatının, yaxud 5.3 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 21.7 faiz artaraq mart ayının 1-i vəziyyətinə 6.6 milyard manata çatıb. Əmanətlərin 61.1 faizi milli valyuta ilə, 38.9 faizi isə xarici valyuta ilə qoyulub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm