Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi artıb
Bizi izləyin

Ekopublika.az

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi artıb

2014-cü ilin yanvar-mart aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 8,2 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

2014-cü ilin yanvar-mart aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 8,2 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, sənaye məhsulunun 71,8 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 10,4 milyon ton neft, 4,5 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,0 faizini təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 6,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 6,8 faiz üstələyib, neft-qaz sektorunda isə 3,6 faiz azalıb. Ümumi sənaye istehsalının 93,0 faizi malların (əmtəələrin), 7,0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 80,2 faizi özəl bölmədə istehsal olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm