Mərkəzi Bank arayışsız kreditlərə niyə qadağa qoydu?
Bizi izləyin

Ekopublika.az

Mərkəzi Bank arayışsız kreditlərə niyə qadağa qoydu?

Mərkəzi Bank arayışsız kreditlərə niyə qadağa qoydu?

Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən banklara bundan sonra müştərilərin iş yerindən arayış olmadan, onlara istehlak krediti verməməsi, eləcə də avtomobillərin kreditlə satışına məhdudiyyət qoyulmasına yönəldilən göstərişi istehlak kreditlərin tamamilə dayandırılması yox, kreditlərin verilmə şərtlərində dəyişikliklər deməkdir.

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Mərkəzi bankın arayışsız kreditlərin verilməsi ilə bağlı məhdudiyyətə münasibət bildirərkən deyib.

“Bununla bağlı son günlər bizə çoxsaylı müaciətlər olur. Bir sıra ekspertlər bunu Mərkəzi Bankın kommersiya bankları üçün istehlak kreditləşməsi bazarına “qırmızı işıq” yandırması kimi də, ictimaiyyət nümayəndələri isə bankların kredir verməsinin tamamilə dayandırması kimi dəyərləndirirlər. Mərkəzi Bank tərəfindən avtomobillər üçün kreditlərin verilməsinin qadağan edildiyi barədə informasiyaya münasibətdə də təqribən eyni şeyləri demək olar.

Ona görə ki, istehlak kreditlərinin verilməsi Mərkəzi Bankın qərarları ilə yox, qanunla təsbit olunmuş məsələ olduğundan, burada mütləq mənada tam qadağadan söhbət gedə bilməz. Amma Mərkəzi Bank istehlak kreditlətinin verilmə qaydalarında dəyişiklik barədə göstəriş verə bilər və bu da həmin qəbildən olan kreditlərin verilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Həmin göstərişə görə, ölkədə fəaliyyət göstərən banklar bundan sonra müştərinin iş yerindən arayış olmadan ona istehlak krediti verməyəcək.

Bundan başqa, avtomobillərin kreditlə satışına da müəyyən məhdudiyyətlər qoyulur. Bu qərar göstərir ki, ümumiyyətlə istehlak kreditlərinin,xüsusən də avtokreditlərin vaxtında qaytarılması ilə bağlı problemlər getdikcə kəskinləşir.Bu baxımdan həmin göztəriş son illər çox sürətlə artan kredit börclarının qarşısını almağa, yollardakı tıxac probleminin yumşaldılmasına və yaxın illərdə bu sahələrdə gözlənilən ciddi fəsadlara imkan yaratmamağa yönəlib. Belə bir qərarın işə düşməsi hamı üçün yox, banklardan götürdükləri kreditləri qaytarmaq ehtimalı aşağı olanlar üçün ”qırmızı” işıq yandırılıb, problem yaradacaqdır...

Bundan əlavə realda 700-800 manat alıb, həm də almaq istədiyi krediti vaxtlı-vaxtında ödəmək qabiliyyəti olsa da, lakin arayışda isə 150 manat maaş aldığı yazılanlar da kredit götürməkdə problemlə qarşılaşacaqlar.Çünki iş yerindən ona real maaşını əks etdirən arayış verməyəcəklər. Mərkəzi Bankın sözügedən göstərişi ictimaiyyətin diqqətini yenidən bank sektoruna yönəldib. Bununla əlaqədar olaraq bildirmək istərdik ki,istehlak kreditləri ilə bağlı atılan addım, yaranmış vəziyyətin diqtəsinın məntiqindən doğsa da, bank sistemindəki zəruri problemlərin həlli üçün yetərli deyil. Ona görə də bu sahədə yaranmış vəziyyəti təkcə əlinə 3 min manat düşən kimi avtokreditlə maşın alanın üstünə atmaq olmaz....

Təbii ki, bunun qarşısı alınmalıdır...Digər məlum səbəblərlə yanaşı, həm də ona görə ki, bəzi banklar faiz dərəcələrini qaldırmaq və sair üsullarla krediti vaxtında ödəməyənin yükünü də krediti səliqə ilə vaxtında ödəyənin çiyninə qoyur. Bununla yanaşı həm də bütövlükdə Azərbaycanda yeridilən bahalı kredit siyasətinin çatışmazlıqlarını da aradan qaldırmaq lazımdır.Bu cür bahalı kredit siyasəti əhalinin cibindən daha çox pul çıxarılmasına xidmət edir ki, nəticədə vətəndaşların,fiziki və hüquqi şəxslərin bir hissəsi çıxılması mümkünsüz olan borc çuxuruna yuvarlanıb, maşınını, torpaq sahəsini, zinət əşyalarını, mənzilini, bürövlükdə evini,firmasını, digər obyektlərini itirənlərin sayının sürətlə artmasına gətirib çıxarır.

Bu baxımdan ictimaiyyəti indi sözügedən məqsədlə ilə yanaşı, həm də bizim tez-tez qaldırdığımız başqa sualların cavabı da da maraqlandırır: 1.Mərkəzi Bankın bu addımı ödəniş qabiliyyətli əhalinin kreditə əlçatanlılığına necə təsir edəcək? 2.Faiz dərəcələrinin ədalətli həddəcən aşağı düşməsinə təsir göstərə bilən pul-kredit siyasətinin həyata keçirilməsinə, bank sektorunda sivil bazar münasibətlərinin tələbləri əsasında sərbəst fəaliyyətin təmin edilməsinə, rəqabət mühitinin formalaşmasına xidmət edən zəruri islahatlara nə vaxt başlanılacaqdır?”

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm