Homoseksualı əsgərlikdə elektroşoka verdilər - FOTOLAR
Bizi izləyin

Ekopublika.az

Homoseksualı əsgərlikdə elektroşoka verdilər - FOTOLAR

O uniseks stilinin yaradıcılarından sayılır. İlk modelyerdir ki, Afrika və Asiya modellərini öz dəfilələrində iştiraka dəvət edib. Eləcə də, qadın geyimlərinə kişi qarderobunun elemetlərini gətirib. Hansı ki, bura dəri pencəklər, uzunboğaz çəkmələr, hətta smokinqlər daxildir.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində məşhur, kifayət qədər bahalı YSL - Yves Saint Laurent brendinin tarixini təqdim edir.

Kristian Diorla tanışlıq

İv Anri Dona Matye Sen-Loran 1936-cı ilin 1 avqustunda aristokrat, təminatlı ailədə dünyaya göz açıb. Uşaqlığından onu dizayner işi maraqlandırır. Hələ uşaqkən eskiz çəkir, gəlinciklərə paltar tikir. Daha çox anası yaradıcı işlərini dəstəkləyirdi. Gələcəyin kutüryesi məktəbi bitirdiyi zaman ailəsi Parisə köçür. O dizaynerlik kursuna getməyə başlayır. Bununla paralel tez-tez müsabiqələrdə iştirak edir. 1952-ci ildə moda ilə bağlı 7 mükafatdan 3-nü qazanır. Müsabiqədə Almaniyadan olan Karl Laqerfeldi üstələyir. Beləcə uzun sürən müharibə başlayır. Ümumiyyətlə İv Sen Loranın bioqrafiyası tanışlıqlar, ani dəyişiklilərlə doludur.1953-cü ildə müsabiqələrin birində 3-cü yeri tutur.” Vogue”nun baş redaktoru Mişel de Bryunoff ilə də məhz həmin vaxt tanış olur. Mişel gənc oğlana Chambre Syndicale de la Haute Couture school-a (yüksək moda məktəbi) daxil olmağı məsləhət görür. Bununla bərabər ,jurnalında onun bir neçə rəsmini dərc edir. Redaktorun bu addımı təcrübəsiz, yeni yola başlayan modelyer üçün yaxşı təqdimat olur. Daha sonra isə gənc dizayner Kristian Diorla rastlaşır. Daha doğrusu Dior onun jurnaldakı rəsmlərini görür və işə dəvət edir.

Gənc, azad qızlara hesablanan geyimlər

1955-ci ildə Kristian Dior 19 yaşlı Lorana kiçik assistentlik təklif edir. Diorla işlədiyi birinci ildə gənc oğlan aksessuarların hazırlanması ilə məşğul olur. 21 yaşında, Diorun qəfil ölümündən sonra İv Sen-Loren Dior moda evinin əsas dizaynerinə çevrilir. 1958-ci ildə özünün ilk kolleksiyasını təqdim edir. Əfsanəvi kutüryenin rəsmi varisi olur. Özünün “Trapesiya”adlı xəttini hazırlayır. Kolleksiya qadınları sıx beldən və pafosdan azad edir.Mətbuat o dövrdə bu haqda belə yazırdı “Dahi Diorun ənənəsi davam edir”.Lakin bəxt Sen-Loranın üzünə uzun müddət gülmür. 3 il sonra Dior moda evinin konservativ rəhbərliyi gənc dizaynerlə vidalaşır.Buna səbəb də Kristianın qəhrəmanının yektin qadın olması gətirilir. Belə ki, Sen-Loraninin kolleksiyaları əsasən gənc, azad qızlara hesablanaraq hazırlanırdı.

Psixiatrik klinikada müalicə alır

Dior moda evini tərk etdikdən sonra Sen Loren hərbi xidmətə yollanır. Həssas, kövrək gənc orda bir il keçirir. Və sinir krizi səbəbindən hərbi hosbitalın psixiatrik bölməsinə yerləşdirilir. Onu elekroşokla müalicə edirlər. Sərt sistem kutüryenin ürəyini yaralayır.

Özünə ortaq tapır

1961-ci ildə İv kommersant Piyer Berje ilə Yves Saint Laurent moda evini yaradırlar. Moda evinin loqotipi YSL olur. 1961-ci ilin noyabrında Sen-Loran və Berje Atlantadan olan biznesmen Makom Robinsonla 700 min dollarlıq investisiya müqaviləsi imzalayırlar. Bunun müqabilində şirkətin 80 faizi biznesmenə verilir. 1962-ci ildə Loranın ilk kolleksiyasının təqdimatı keçirilir.Bu kolleksiyada ilk dəfə qısa qadın paltoları,şəffaf bluzlar əks olunur. Birinci kolleksiya bazarda səs-küy yaradır. 1963-cü ildə Berje “YSL” ətirlərinin istehsalı ilə bağlı “Charles of the Ritz”lə müqavilə imzalayır. İki ildən Lanvin-Charles of the Ritz qrupu Robinsonun 80 faizlik payını milyon dollara satın alır. 1966-cı ildə Sen-Loren dünya tarixində ilk dəfə pret-a-porter (hazır geyim) hazırlayaraq, bazara təqdim edir. Həmin ildə Saint Lauret Rive Gauche-də butik açır.

1971-ci ildə İv Anri Dona Matye Sen-Loran Rive Gauche qadın ətirini istehsal edir. Bunun ardınca kişi odekolonu “Homme”ni yaradır.Bu ətrin reklamına kutüryenin birbaşa özü çəkilir.Yeri gəlmişkən, reklamda Sen-Loran anadangəlmə lüt olur.1972-ci ildə Berje və Loran “Squibb”şirkətindən 1,1 milyon dollara özünün geyim xəttini satın alırlar. Parfumeriya brendinin – YSL-in idarəsi isə Lanvin-Charles of the Ritz qrupunda qalır.

Dünya şöhrətli “Opium” ətirləri

1977-ci ildə “Opium” ətirlərini istehsal edir. Hansı ki, dünyada şöhrət qazanır. 1985-ci ildə çox illik işinə görə Loran “Oskar” alır. 1986-cı ildə Yves Saint Laurent moda evinin ətir biznesini 630 milyon dollara Charles of the Ritz şirkətindən satın alır. 1989-cu ildə şirkət səhmlərini Paris fond birjasına yerləşdirir. Yves Saint Laurent-in səhmləri 500 milyon dollar dəyərində qiymətləndirilir.

1993-cü ildə “YSL” ətir xətii əczaçılıq nəhəngi “Sanofi”yə 650 milyon dollar satılır. Sen-Loran və Berje bu dəfə də brendin geyim xəttini nəzarətlərində saxlamağı bacarırlar. Birjadakı krizisin nəticəsində İv Sen-Loran çoxsaylı investorları itirir. Bununla da hazır geyin istehsalını dayandırır. Yüksək moda ilə məşğul olmağa başlayır.1998-ci ildə Yves Saint Laurent Rive Gauche brendi altında özünün sonuncu prêt-a-porte göstərisini təqdim edir. 1999-cu ildə Y SL moda evi “Gucci” şirkətinə satılır. Prêt-a-porte xəttinin hazırlanması üçün dizayner Tom Ford şirkətə dəvət edilir. Sen-Loran 2002-ci ildə özünün sonuncu kolleksiyasını təqdim edir. Yanvarda pensiyaya çıxdığını açıqlayır. 2004-cü ildə Tom Fordun gedişindən sonra prêt-a-porte xəttinin hazırlanması digər dizaynerə Stefano Pilatinə həvalə olunur. Onun stili daha çox fransızsayağı olur, nəinki Tom Fordum açıq-saçıq seksual obrazları. 2011-ci ildə moda evinin dövriyyəsi 353,7 milyon dollar təşkil edir. 2012-ci ildə isə moda evinin kreativ direktoru Edi Sliman təyin olunur. O, prêt-a-porte xəttinin adını Saint Laurent Paris -ə dəyişdirir. Şirkətin kosmetika xəttinin adı isə əvvəlki kimi qalır.

Onu da bildirək ki, ölmündən əvvəl Sen-Loran özünün tərəfdaşı Piyer Berje ilə birtərəfli ittifaq qurur.Qeyd etdiyimiz kimi 1999-cu ildən Yves Saint Laurent “Gucci” şirkətinə məxsusdur.Hansı ki “Kering” holdinq tərəfindən idarə edilir.

Narkotik axırına çıxır

Sen-Loran son günlərini Mərakeşdəki villasında keçirir. Stress, narkotik onun səhətini daha da pisləşdirdiyindən Parisə qayıdır. 2008-ci ilin 1 iyununda 71 yaşında Parisdəki evində xəstəlikdən vəfat edir. 5 iyunda Parisin St. Honore küçəsində modelyerlə vida mərasimi keçirilir. Kutüryenin külü vəsiyyətinə uyğun Mərakeşdəki villasının bağına basdırılır.

Sevgi ən yaxşı kosmetikadı

Qəhrəmanımız maraqlı fikirlərə sahibir. O bildirir ki, paltarda vacib məqam onu geyən qadındır: “Həyatda bir şeyə peşmanam- cinsi niyə mən düşünüb tapmamışam. Geyim bir qadının şəxsiyyətinə tabe olmalıdı. Sevgi ən yaxşı kosmetikadır. Amma kosmetikanı almaq daha asandır. Mənim donlarım qadınlara hesablanıb. Hansı ki,özlərinə 40 çamadanla səyahət imkanı yaradırlar. Gözəl günlərin birində radioda öldüyümü elan edirlər. Üstümə çözlü jurnalistlər tökülür. Bunu yalanlayaraq, sağ olduğumu demək məcburiyyətində qalıram. Amma onlar mənə inanmaq istəmirdilər. Qadın üçün ən gözəl geyim onu sevən kişisinin qucaqlamasıdır. Bu xöşbəxtlikdən məhrum olanlar üçün isə mən varam. Moda keçici, stil isə daimidir”.

Homoseksual kutürye

Sen-Loran heç vaxt evlənmir. Buna səbəb də onun homoseksual olmasıdır. Kutürye 1958-ci ildə tanış olduğu ortağı Berje ilə uzun illər sevgi yaşayır. Cütlük 1979-cu ildə ayrılırlar. Lakin ömürlənin sonuna qədər yaxın dost kimi qalırlar. “The New York Times”in yazdıqlarına görə isə Sen-Loranın ölümündən bir neçə gün əvvəl köhnə segililər vətəndaş nigahına giriblərmiş.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm