OPEC-in bəyanatından sonra neftin qiyməti artıb
Bizi izləyin

Ekopublika.az

OPEC-in bəyanatından sonra neftin qiyməti artıb

Son səkkiz il ərzində ilk dəfə olaraq neft istehsalının azaldılması barədə OPEC təşkilatının bəyanatı ardınca dünya bazarlarında neftin qiyməti artıb.

Son səkkiz il ərzində ilk dəfə olaraq neft istehsalının azaldılması barədə OPEC təşkilatının bəyanatı ardınca dünya bazarlarında neftin qiyməti artıb.

Çərşənbə günü əl-Cəzayirdə razılığa gələn böyük neft ölkələri bazarda aşırı neft təklifi ətrafında yaradılan ehtiyatları aradan qaldırmaq istəyirlər.

Xəbər yayılandan dərhal sonra Brent markalı neftin qiyməti 6 faiz qalxıb. Nəticədə bir barelin qiyməti $49 dollara çatıb.

Neft nazirləri deyirlər ki, razılığın detalları Noyabr ayında OPEC-in rəsmi görüşündə dəqiqləşdiriləcək.

Gündəlik istehsal 700,000 barel ixtisar olunacaq amma bunun hər ölkəyə təsiri fərqli ola bilər. İran öz istehsalının artırılmasını OPEC üzvlərilə razılaşdırıb.

İran və Səudiyyə Ərəbistananın regional rəqabəti nəticəsində indiyədək istehsalın həcmi barədə razılağa gəlmək cəhdləri uğursuzluğa düçar olub.

Razılıq rəsmiləşdirilsə, OPEC neft istehsalatını bugünkü 33.2 milyon bareldən 32.5 - 33 milyon barelə endirəcək.

Amma bəzi neft ticarətçiləri öz rəylərini bildirdikdən qabaq qərarın şərtlərini görmək istəyirlər.

Stratas Advisors-un enerji bazarları direktoru Jeff Quigley deyir ki, qərarın "çox ilkin" mərhələdə olmasından hələ həyəcanlanmağa dəyməz.

"Onların bu prosesin noyabrda başlayacağını demələri mənim üçün çox şübhəli görünür. Biz hələ bilmirik ki, kim və nə qədər hasil edəcək", o əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm