• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı

Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı

Azərbaycan Respublikasının Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Mərkəzi Bankın Kommunikasiya departamentindən Publika.az-a verilən məlumata görə, iclasda qeyd olunub ki, bu ilin birinci rübündə milli iqtisadiyyatda artım prosesləri davam edib. Qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyi olub. Ölkənin əlverişli xarici iqtisadi mövqeyi qorunub saxlanıb, strateji valyuta ehtiyatları artmaqda davam edib. Makroiqtisadi sabitlik məhkəmlənib, inflyasiyanın daha da azalması müşahidə olunub, orta illik inflyasiya rüb ərzində cəmi 2% təşkil edib. Manatın məzənnəsinin sabitliyi makroiqtisadi sabitliyin qorunmasında mühüm rol oynayır.

İnflyasiyanın aşağı səviyyədə olmasını nəzərə alaraq qeyri-neft sektorunda investisiya fəallığının daha da artmasına və milli iqtisadiyyatın şaxələnməsinə zəruri dəstək vermək, habelə faiz dərəcələrinin enməsinin davamlılığına şərait yaratmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə endirilməsi barədə qərar qəbul edib. Eyni zamanda faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 7%-dən 6%-ə, aşağı həddi isə 1%-dən 0.5%-ə endirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR