Şahin Mustafayev ərəbistanlı nazir müavini ilə görüşüb
Bizi izləyin

Ekopublika.az

Şahin Mustafayev ərəbistanlı nazir müavini ilə görüşüb

Mayın 1-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan ilə görüşüb.

Mayın 1-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyini, əlaqələrimizin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamış, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında Müştərək Komissiyanın səmərəli fəaliyyətini qeyd edib. Görüşdə bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitlik təmin edilib, Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Şahin Mustafayev Səudiyyə Ərəbistanın ölkəmizin hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəklədiyini vurğulayıb.

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların olduğu, keçirilən görüşlərin və biznes forumların Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyi qeyd edilib.

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan Azərbaycana ilk dəfə gəldiyini və ölkəmizdə gördüyü dinamik sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə edib. Ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirən qonaq əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Yusif bin Tarrad əs-Sədan may ayında Ər-Riyadda Ərəb ölkələri ilə Orta Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlıq və iqtisadiyyat üzrə I Forumun keçiriləcəyini qeyd edib, tədbirin bu ölkələr arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb

Oxumağa davam et
Reklam
Reklam

Gündəm