Binalarda davamlı enerjinin idarə olunması üzrə işlər aparılır
Bizi izləyin

Ekopublika.az

Binalarda davamlı enerjinin idarə olunması üzrə işlər aparılır

INOGATE proqramının ekspertləri energetika auditi və idarə edilməsi üzrə təhsil proqramının təkmilləşdirilməsində Azərbaycan universitetinə yardım edir.

Publika.Az-ın verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi INOGATE enerji proqramının ekspert heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) “Enerji Auditi və İdarə Edilməsi” üzrə magistr proqramı üçün tədris planının və təkliflərin inkişafına yönəlmiş dəstəyi çərçivəsində Bakıya ikinci və son səfərini həyata keçirir. Aparılan iş binalarda davamlı enerji ilə bağlıdır.

Ötən ilin dekabr ayından etibarən INOGATE Texniki Katibliyindən (İTK) olan bu ekspert qrupu universitetin enerji auditi və idarə edilməsi sahələri üzrə təhsil proqramının təkmilləşdirilməsində kömək məqsədilə AzMİU ilə sıx əməkdaşlıq aparır. Sonuncu səfər zamanı ekspertlər yerli professorlar və auditoriya ilə birlikdə yeni işlənmiş materialların mənimsənilməsi üçün xüsusi olaraq hazırlanmış eksperimental məruzələri sınaqdan keçirib. Eyni zamanda, İTK heyəti tərəfindən “Binalarda enerji idarə edilməsi və auditi”nə dair kurs dərsliyi təqdim edilib.

Ümumiyyətlə, bu dəstək universitetin davamlı enerjiyə dair təlim materiallarını yüksək standartlara uyğun olmasına kömək edəcək və gələcək üçün daha keyfiyyətli tikinti mütəxəssislərini yetişdirilməsinə imkan yaradacaq.

INOGATE Aİ tərəfindən maliyyələşdirilən, Aİ və tərəfdaş ölkələr, həmçinin, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Gürcüstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna arasındakı beynəlxalq enerji əməkdaşlığını dəstəkləyən proqramdır. Proqramın fəaliyyəti dörd önəmli sahəyə yönəlib: tərəfdaş ölkələrin enerji bazarlarının Aİ-nin prinsip əsasları ilə uyğunlaşdırılması; enerji təhlükəsizliyinin möhkəmləndirilməsi; davamlı enerji inkişafının dəstəklənməsi; ümumi və regional maraq kəsb edən enerji (xüsusilə davamlı enerji) layihələrinə investisiyaların cəlb olunması.

Nərmin Rəhimova

Riublika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm