• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

ARDNŞ ötən ay 13 min metrə yaxın qazma işi görüb

ARDNŞ ötən ay 13 min metrə yaxın qazma işi görüb

2014-cü ilin aprel ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 12 810 metr qazma işi həyata keçirib.


Publika.az ARDNş-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 12 479 metri istismara, 331 metri isə kəşfiyyata aid olub.


Ümumiyyətlə, 2014-cü ilin yanvar-aprel aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 46 587 metr qazma işi görülüb ki, bunun da 45 665 metri istismara, 922 metri isə kəşfiyyata aid olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR