Ötən il 9048,1 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib
Bizi izləyin

Ekopublika.az

Ötən il 9048,1 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib

"Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

İstehsalat Birliyinin mətbuat xidmətindən bildiriblər ki, görülmüş işlərin nəticəsidir ki, 2013-cü ildə qaz infrastrukturunun nəqletmə imkanlarının artırılması məqsədilə 9048,1 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilmişdir. Bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 1774,7 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub.

Ötən il istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə, həmçinin 1560 ədəd qaztənzimləyici və 1071 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb./Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm