Qlobal iqtisadiyyat bu il 3,7 faiz artacaq
Bizi izləyin

Ekopublika.az

Qlobal iqtisadiyyat bu il 3,7 faiz artacaq

Qlobal iqtisadiyyat bu il 3,7 faiz artacaq

Beynəlxalq Valyuta Fondu (BVF) 2014-cü il üzrə qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb.

Publika.Az xəbər verir ki, BVF qlobal iqtisadiyyatın bu il 3,7 faiz artacağını bildirib. Fond həmçinin qlobal iqtisadi artımın 2015-ci ildə sürətlənərək 3,9 olacağını proqnozlaşdırır.

Avro bölgəsi ilə bağlı iqtisadi böyümə gözləntisi isə 0,1 faiz artırılıb.

BVF –nın proqnozlarına görə, Avro bölgəsi 2014-cü ildə 1 faiz nisbətində, Amerika Birləşmiş Dövlətləri isə 2,8 faiz nisbətində böyüyəcək. 2015-ci ildə isə Avro bölgəsi 1,4 faiz, Amerika 3 faiz nisbətində iqtisadi artım nümayiş etdirəcək.

Qurum İngiltərə iqtisadiyyatı ilə bağlı da proqnozlarını dəyişib. İngilis iqtisadiyyatında daha əvvəl 1,9 faiz artım gözlənsə də böyümə nisbəti 2,4 faizə yüksəldilib.

Bu il Almaniya iqtisadiyyatının 1,6, Fransanın 0,9, İtaliya və İspaniyanın da 0,6 nisbətlərində böyüməsinin gözlənildiyi açıqlanıb. İtalyanın böyümə gözləməsi bir əvvəlki təxminə görə 0,1 salınıb.

Rusiya, Braziliya və Meksika iqtisadiyyatlarının da 2014 və 2015-ci illərdə böyüməkdə davam edəcəkləri ancaq sürətin bir qədər düşəcəyi qeyd edilir.

Hesabatda həmçinin inkişaf etməkdə olan ölkələrdən çıxacaq kursun narahatlıq qaynağı olduğu da vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm