• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycan Amerika ilə 1,366 milyon dollarlıq ticarət aparıb

Azərbaycan Amerika ilə 1,366 milyon dollarlıq ticarət aparıb

2013-cü ildə Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 1 mlrd. 366 mln. 765 min dollar təşkil edib.

Publika.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ABŞ-la ticarət dövriyyəsi ötən il Azərbaycanın ümumi dövriyyəsinin 4%-ni təşkil edib.

Ötən il ABŞ Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı doqquzuncu ölkə olub. 2013-cü ildə ABŞ-la Azərbaycan arasındakı ticarət dövriyyəsinin 990 mln. 279 min dolları ixracın, 376 mln. 485 min dolları isə idxalın payına düşüb.

Beləliklə, Azərbaycanın ABŞ-la ticarət dövriyyəsində 613 mln. 794 min dollar məbləğində müsbət saldo yaranıb. 2013-cü ildə ABŞ Azərbaycanın ixracında doqquzuncu yerdə, idxalında isə səkkizinci yerdə olub. Hesabat dövründə Azərbaycanın ABŞ-a ixracı 38%, ABŞ-dan idxalı isə 47% azalıb.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsi 34 mlrd. 687 mln. 919 min dollar təşkil edib ki, bunun da 23 mlrd. 975 mln. 416 min dolları ixracın, 10 mlrd. 712 mln. 502 min dolları idxalın payına düşüb. 2012-cü ildə Azərbaycanın ABŞ-a ixracı 1 mlrd. 600 mln. 829 min dollar, ABŞ-dan idxalı isə 715 mln. 647 min dollar təşkil edib.

Odər Qəni

Xəbər lenti

DAHA ÇOX XƏBƏR