İpotekanın faizinin azalacaq, məbləğ isə artacaq
Bizi izləyin

Ekopublika.az

İpotekanın faizinin azalacaq, məbləğ isə artacaq

İpotekanın faizinin azalacağı, məbləğin isə artacağı gözlənilir

İpotekanın faizinin azalacağı, məbləğin isə artacağı gözlənilir.Parlamentin ipoteka şərtlərinə təklif etdiyi dəyişiklik bunu deyir.

İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli Publika.Az –a bildirib ki:

“İpoteka haqqında qanuna təklif olunan dəyişiklər faiz dərəcəsinə və məbləğinə aid olacaq.

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində ipoteka kreditləri illik 4 faizlə, sosial ipotekalar isə 2 faizlə verilir.

Biz də təklif edirik ki, adi ipotekalar indiki 8 faizdən 5 faizə, sosial ipotekalar isə 4 faizdən 1-2 faizədək endirilsin

20 faiz ilkin ödəniş də, vətəndaşlar üçün bir sıra hallarda əlavə çətinliklər törədir və bu ya ləğv olunmalı, ya azalmalıdır.

İqtisadi siyasət komitəsinin üzvü ipoteka üçün ayrılan məbləğin həcminə də toxunaraq qeyd edib ki, ipoteka krediti üçün ayrılan vəsaitin yuxarı həddi 50 min manatdan 70 min manata qədər artırılmalıdır”.

Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir.

Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.

Kreditlər milli valyutada – manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.

Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbiçilərə şamil edilir.

Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm