• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

ÜDM-in nominal artımı 4 faiz təşkil edib

ÜDM-in nominal artımı 4 faiz təşkil edib

2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 18,2 milyard manat təşkil edib.

ÜDM-in nominal artımı 3,96 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi daxili məhsulun 60,9 faizi məhsul istehsalı, 31,9 faizi xidmət sahələrində yaradılıb.

Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 1942,6 manata və ya 2476,5 ABŞ dollarına çatıb.

Bu dövrdə ÜDM-in 47,4 faizi sənayedə, 11,1 faizi tikintidə, 8,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 13,6 faizi isə sosial və digər xidmətlər sahəsində istehsal olunub, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib.

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 9,0 faiz, o cümlədən qeyri-neft-qaz sənayesində 3,9 faiz, tikintidə 21,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 15,7 faiz, informasiya və rabitədə 12,3 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 6,1 faiz, kənd təsərrüfatında 3,3 faiz, sosial və digər xidmət sahələrində 3,0 faiz artıb.

Ümumi daxili məhsulun 44,8 faizi neft-qaz sektorunun payına düşmüş və əvvəlki ilin eyni dövrünə nisbətən 3,2 faiz azalıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR