"Davos Forumunun rəhbəri ilə görüşüb Azərbaycan barədə fikir mübadiləsi aprmışam"
Bizi izləyin

Ekopublika.az

"Davos Forumunun rəhbəri ilə görüşüb Azərbaycan barədə fikir mübadiləsi aprmışam"

İsveçrənin kurort şəhəri Davosda yanvarın 25-dək davam edəcək sayca 44-cü Dünya İqtisadi Forumu öz işinə başlayıb.

Xəbər verildiyi kimi, İsveçrənin kurort şəhəri Davosda yanvarın 25-dək davam edəcək sayca 44-cü Dünya İqtisadi Forumu öz işinə başlayıb. Forum haqda müansibət bildiriən millət vəkili. yanınmış iqtisadçı alim Əli Məsimli bildiri bki, bu Forumun mötəbərliyi barədə təkcə onu qeyd etmək kifayətdir ki,Forumda 100-dən çox ölkədən təxminən 2,5 min nümayəndə heyəti, onlarla prezident, o cümlədən Azərbaycan Prezidenti, hökümət başçıları, beynəlxalq təşkilatlar və ictimai xadimlər iştirak edir.

44-cü Davos Dünya İqtisadi Forumunda dünyanın ümumi maliyyə durumu; innovasiyanın müasir həyata təsiri”;qobal inkişafın perspektivləri; enerji təhlükəsizliyi; iqlim dəyişiklikləri;iqtisadi proseslərdə vətəndaş cəmiyyətinin iştirakı;dünya əhalisinin artması ilə bağlı “9 milyard” məsələsi və sair bu kimi aktual məsələlər müzakirə olunur.

Qeyd edilib ki, Davos Forumu zamanı müzakirələrdən çıxan nəticələr dünya iqtisadi siyasətini yönməndirilməsi və ona korrektələr edilməsində mühüm rol oynayır.

"Bu Forum ərəfəsi bir məqam yadıma düşdü ki, mən 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Baş Naziri səlahiyyətlərini icra edərkən Dünya İqtisadi Forumun lideri Klaus Şvabla görüşüb Azərbaycan barədə çox maraqlı fikir mübadiləsi etmişəm.Cənab Klaus Şvab dünya iqtisadiyyatı və postsovet ölkələrin iqtisadiyyatının incəliklərinə qədər bələd olan hərtərəfli biliyə malik bir xadimdir. Həm də daxilən hiss etdiyim bir məqamı da deyim ki, Dünya İqtisadi Forumun lideri kimi yüksək statuslu bir mütəxəssisin Azərbaycana xüsusi xoş münasibəti var."

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm