• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rusiya ilə Çin arasında qaz müqaviləsi imzalanacaq

Rusiya ilə Çin arasında qaz müqaviləsi imzalanacaq

Bu gündən Rusiya prezidenti Vladimir Putinin Çinə rəsmi səfəri başlayıb. Müzakirə ediləcək əsas mövzülardan biri qaz məsələsidir. Bununla bağlı danışıqlar 10 ildən artıqdır ki, davam edir.

Publika.az xəbər verir ki, “Qazprom”un rəhbəri Aleksey Miller müqavilənin sənəd kimi hazır olduğunu deyib:

“Yanlız bir sual qalır. Qazın başlanğıc qiyməti. Formulada baza qiyməti çinli tərəfdaşlarımızla razılaşdırılıb. Buna görə də bir rəqəm müəyyənləşdikdən sonra Şərqi Sibirdən 38 milyard kub metr qazın Çinə tədarükü barədə saziş imzalanacaq”.

Onun sözlərinə görə, 38 milyard ancaq başlanğıcdır.

”Çünki biz Şərq marşrutu üzrə müqaviləni imzaladıqdan sonra Qərb marşrutu üzrə danışıqlara başlayırıq. Lakin burada bir prinsipial fərq var: Bu, Avropaya qaz tədarük edilən eyni resurs bazasıdır. Resurs bazası nəhəngdir və biz Çinə ortamüddətli perspektivdə Avropaya ixrac edilən həcmlər qədər qaz tədarük edə bilərik”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR