Rusiya Avropaya satdığı qazı da Çinə verəcək
Bizi izləyin

Ekopublika.az

Rusiya Avropaya satdığı qazı da Çinə verəcək

Rusiya ilə Çin arasında gözlənilən qaz müqaviləsi, nəhayət, imzalandı.

Publika.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu yöndə müqavilə imzalamaq istiqamətdində illərdir danışıqlar gedir.

İmzalama mərasimində “Qazprom” rəhbəri Aleksey Miller bəyan edib ki, 38 milyard kub metr qaz tədarükü ilkin başlanğıcdır:

“Müqavilə Şərq marşurutu üzrə qaz ixracını nəzərdə tutur. Qərb marşurutu üzrə də ixracla bağlı danışıqlara başlamışıq, Hansı kı, bu, Avropaya tədarük edilən eyni resurs bazasıdır”.

Qeyd edək ki, “Qazprom” Çinə qazın 1000 kubmetrini 400 dollardan satacaq. Halbuki Çin tədəfi bu rəqəmin 350-360 dollar olmasını istəyirdi. Müqavilənin ümumi dəyəri 30 il üçün 400 milyard dollardır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm