"Azərneftyağ" NEZ-in texnoloji qurğusu əsaslı təmir olunub
Bizi izləyin

Ekopublika.az

"Azərneftyağ" NEZ-in texnoloji qurğusu əsaslı təmir olunub

"Azərneftyağ" Neft Emalı Zavodunun (NEZ) 202 saylı texnoloji qurğusunda qrafikə uyğun olaraq aparılan əsaslı təmir işləri başa çatıb.

"Azərneftyağ" Neft Emalı Zavodunun (NEZ) 202 saylı texnoloji qurğusunda qrafikə uyğun olaraq aparılan əsaslı təmir işləri başa çatıb.

Publika.az-ın ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir vaxtı qurğunun istidəyişdiricilərinin boru dəstləri koksdan və mexaniki çöküntülərdən, elektrodehidratoru isə çökmüş xlorid duzlarından təmizlənib. Atmosfer sobasında köhnə odluqlar yeniləri ilə əvəz olunub, nəzarət ölçü cihazları, elektrik avadanlıqları, atmosfer və vakuum kalonları təftiş edilib, susəpələyici soyuducu yenidən yığılıb, nasoslar təmir olunub.


Nəticədə neftin sobaya qədər ilkin qızdırılması və elektrodehidratorda neftin xlorid duzlarından təmizlənməsi yaxşılaşıb, avadanlıqların iş rejimi tənzimlənib, ümumiyyətlə, qurğunun daha effektiv işləməsi üçün imkan yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm