Əvvəl həyatımızı , sonra siyasi xəritələri dəyişən xammal
Bizi izləyin

Ekopublika.az

Əvvəl həyatımızı , sonra siyasi xəritələri dəyişən xammal

Neft-bu sözlə rastlaşanda xəyallarımızda ilk öncə bəzii suallar canlanır.Neft bizim üçün nədir? Bizim yaşadığımız həyat neftdənmi asılıdır? Bu kimi sualların cavabları arxasında müəyyən siyasi əlaqələr,maraqlar dayanır.

Neft-bu sözlə rastlaşanda xəyallarımızda ilk öncə bəzii suallar canlanır.Neft bizim üçün nədir? Bizim yaşadığımız həyat neftdənmi asılıdır? Bu kimi sualların cavabları arxasında müəyyən siyasi əlaqələr,maraqlar dayanır.

Qeyd edək ki, neft istehsal edildiyi ərazilərdə yaşayan xalqların yaşam həyatında böyük rol oynamış və ölkənin iqtisadiyyatının güclənməsində, inkişaf etməsində özünə məxsus yer tutmuşdur. Bu səbəbdəndir ki, nefti “qara qızıl” adlandırılmış, onun bəşəriyyət üçün əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

Neft nece əmələ gəlmişdir?

-Məhz bu sual həmişə öz cavabını axtarmış və müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif formada izah edilmişdir.

Neftin öyrənilməsi qədimdən indiyə kimi böyük yol keçməsinə baxmayaraq, bu gunə kimi neftin əmələ gəlməsi barədə vahid fikir formalaşmamışdır.Məhz neftin yaranması əvvəlki kimi yenə də, necə deyərlər, təbiətin ən böyük sirlərindən biri olaraq qalmaqdadır. Neftin əmələ gəlməsi bir-birindən fərqli olan iki əsas fikirdə cəmləşib - neftin üzvi yolla və qeyri-üzvi yolla əmələ gəlməsi nəzəriyyələri. Bəzən başqa bir nəzəriyyə də - neftin və qazın fəzada yaranması nəzəriyyəsi də mövcuddur. Son illər digər nəzəriyyələr və fərziyyələr də irəli sürülür.

Bəzi tədqiqatçıların fikirincə Neft üzvi maddələrdən, əsasən planktonların qalıqlarından yaranmışdır.

Neftin üzvi yolla yaranması nəzəriyyəsinin banisi rus alimi M.V.Lomonosov olmuşdur.

Neftin əmələ gəlməsinin müasir üzvü nəzəriyyəsi XIX yüzilliyin sonları- XX yüzilliyin əvvəllərində işlənib hazırlanmışdır. O zamanın geoloqları P.Mrazekin, A.Arxangelski, İ.Qubkin, C.Uayt K. Kalitski, E. Blümer, H.Qefer,Q.Potenye, P.Trasek, C.Xant, F.M.Van-Tayl, Ç. Hatçettin,V.Vernadski və b. bu haqda müxtəlif fikirlər söyləmişlər. Ancaq bu tədqiqatçıların ümumi fikiri neft və qaz yaradan süxurların əmələ gəlməsinin geoloji və geokimyəvi şəraitinin, üzvi maddələrin karbohidrogenlərə çevrilməsi proseslərini, karbohidrogenlərin kollektorlara miqrasiyasının və toplanmasının öyrənilməsinə yönəlmişdir.

Digər nəzəriyyənin-neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranması fikri ilk dəfə 1805-ci ildə akademik A.Qumbold tərəfindən verilmişdir.Sonralar 1867-ci ilədək neftin üzvi maddələrdən yaranmasını söyləyən D.İ.Mendeleyev 1877-ci ildə onun mineral yaranması, yəni “karbid fərziyyəsini” inkişaf etdirmişdir. O, fikirləşirdi ki, neft - Yer kürəsinin dərin qatlarındakı flüidlərdən , maqmanın maye və qazşəkilli komponentlərindən və ya yerin dərinliklərində dövr edən qazla doymuş məhlullardan əmələ gəlir.

Çox keçmir ki, bütün dünyada neftin axtarışı onun üzvi yolla yaranması anlayışına əsaslanır.Ancaq 1950-ci ildən mineral fərziyyəyə maraq yenidən artmağa başladı, buna səbəb isə üzvi konsepsiya məsələlərində yaranmış müxtəlif fikirlər olmuşdur.

Tədqiqatçılar arasında Yer kürəsinin neft və qazlılığının flüidodinamik modeli yaradılmışdır. Onlar hesab edirlər ki, tərkibində karbohidrogenlər, qazlar və metallar olan flüidlər və ərintilər stratisferə dərinlik çatlarının zonalarından daxil olurlar.

Belə ki, Yer kürəsində qranit massivində onlarla iri neft yatağı aşkar olunmuşdur. Azərbaycan alimlərindən Ş.F.Mehdiyev neftin əmələ gəlməsi prosesini dərin enişlərdəki mənbələrlə və dərinlik yarığı zonaları ilə əlaqələndirirdi. Onun təsəvvürünə görə neftin yaranması üçün ilkin komponent qismində eyni zamanda qaz-buxar qarışığı halında olan mantiya maddəsi və çökmə süxurların səpələnmiş üzvi maddələri çıxış edirlər.

Neftin kainatda yaranması barədə XIX əsrin sonlarında V.D.Sokolov fikirlər söyləmişdir. O hesab edir ki, neftin karbohidrogenləri kainatda səpələnmış qeyri-üzvi komponentlərdən yaranmış və yer cisimlərinin tərkibinə bizim planetin formalaşması zamanı fəzadan daxil olmuşdur. Beləliklə, bu fərziyyəyə görə neft digər kainat maddələri ilə birgə Yer kürəsinə düşmüş kosmik fəzanın ilkin karbohidrogenlərinin bu hala çevrilmiş məhsuludur. Neftin fəza mənşəli olmağına əsas dəlillər astrofiziklərin ulduzlarda karbohidrogen tərkibli radikalların olması barədə və meteoritlərdə üzvi birləşmələrin geokimyəvi tədqiqatları barədə məlumatları olmuşdur.

Müşahidələr göstərir ki, Yupiterin, Saturnun, Uranın, Neptunun atmosferində metan və ammiak var və hətta Uran və Neptun planetləri tamamilə metandan, ammiakdan və karbonat qazından ibarətdir.

Neftin mənşəyi barədə digər fərziyyələr də mövcuddur. XX əsrin əvvələrində onun vulkanla bağlı olması söylənilmişdir. Bu fərziyyəyə görə karbohidrogenlər Yerin təkində maqmada yaranır və sonra Yer qatında olan çatlarla yuxarı qatlara qalxırlar.

Sovet geoloqu, akademik P.N. Kropotkin hesab edirdi ki, karbohidrogenlər mantiyanın deqazasiyası nəticəsində çöküntü örtüyünə daxil olurlar. Mantiyanın deqazasiyası yolu ilə bu qazların çatlarla stratisferaya yol açması P.Kropotkinə görə qazın, qazkondensatın və neftin toplanmasının yaranmasının səbəbləridir.

Neftin siyasətdə rolu nədir?-bu suala cavab tapmağa çalışacağıq.

Xatırladaq ki, inkişaf etmiş ölkələr-ABŞ və Qərbi Avropa ölkələri yüksək maliyyə imkanlarından istifadə edərək neft ehtiyatları ilə zəngin olan regionlarda iqtisadi maraqlarına uyğun siyasi durumların formalaşmasına, həmin regionlarda sabitlik, sülh şəraitlərinin yaradılmasına müsbət təsir göstərirlər. Belə ki, dünya ölkələrinə nəzər saldıqda görmək olarki zəngin neft ehtiyatlarına malik,lakin maliyə və texnoloji cəhətdən çətinliklərlə üzləşən ölkələrin,əksər hallarda inkişaf etmiş böyük dövlətlərin yardımına ehtiyacı olur.Az bir vaxtda həmin inkişaf etmiş ölkələrin şirkətlərinin gətirdikləri investisiya hesabına hiss olunacaq iqtisadi dirçəliş nəzərə çarpır. Məhz geosiyası baxımdan neft onları regiona müasir texnologiya və maliyyə vəsaiti gətirmiş iri dövlətlərlə yaxınlaşdırır. Buna misal olaraq biz İraqın Kuveytə qarşı olan təcavüzünə ABŞ və Qərb ölkələrinin münasibətini göstərə bilərik. Həmin dövlətlər işğalçı ölkəni Küveytdən çıxartdılar və ölkəni azad etdilər.

Bilirik ki, vətənimiz Azərbaycan zəngin təbii sərvətləri müxtəlif təsərrüfat sahələrinin inkişafı və əlverişli iqtisadi-coğrafi mövqeyi ilə Cənubi Qafqazda ozünəməxsus yer tutur. Dağlıq Qarabağda törədilmiş münaqişə nəticəsində Respublika qarşısında mürəkkəb problemlər yaranmışdır. Bu problemlərin həlli üçün ilk növbədə olkənin iqtisadiyatını dirçəltmək tələb olunurdu. Bununla bağlı diqqətin neft sənayesinə yönəldilməsi təbii bir addım idi.

Geofiziklərin və neftçilərin apardıqları ilkin işlər Xəzərdə zəngin neft ehtiyatlarının olduğunu göstərir lakin nəzərə almaq lazımdır ki,bu ehtiyatların çox hissəsi mürəkkəb hidroloji və geoloji şəraitdə yerləşmişdir. Məhz buna görədə onların mənimsənilməsi Azərbaycan və Xəzəryanı ölkələr üçün həddindən artıq çətin idi. Odur ki,Qərb şirkətlərini bu işə cəlb etmək üçün “açıq qapılar”siyasəti həyata keçirilirdi. Azərbaycanda belə siyasətin ilk nümunəsi 1994-cü il sentiyabırın 20-də imzalanmış “Əsrin müqaviləsi”olmuşdur. Müqaviləyə əsasən,onlarca xarici şirkətlər Azərbaycana böyük həcimli sərmayələr qoymağa başlayırlar. Bu siyasətin həyata keçirilməsi çox keçmir ki,müsbət nəticələr verir. Belə ki,ölkəyə böyük sərmayelər gətirilir,minlərlə insan işlə təmin olunur.Məhz ölkəyə gətirilən bu sərmayələr neft sənayesi ilə yanaşı müxtəlif xidmət sahələrinə və infrastrukturun yaradılmasına da yönəldilir.

Ümumiyyətlə qeyd etməliyik ki,bazar iqtisadiyyatı şəraitində daha iri zəngin neft şirkətləri regionlarda üstünlük qazanaraq neft ehtiyatlarına malik olan dövlətləri öz ölkələrinin bilavasitə geosiyasi maraq çərçivəsinə salırlar.Beləliklə,gələcəkdə yeni zəngin neft-qaz hövzələrinin aşkar edilməsi və onun ehtiyatlarının istifadə edilməsi dünyada baş verən siyasi və iqtisadi proseslərə birbaşa təsir edəcək.

Qeydlər:

1. V.Orucov-Ümumi neft və neft-mədən geologiyası.

2. M.Atakişiyev-Azərbaycanın yeni neft siyasəti və iqtisadi yüksəliş.

3. M. Mirzəyev-"Qara qızıl" ağ səadət rəngində.

Elnur İbiş oğlu Səfərov - Geoloq magistr,

Oxumağa davam et
Reklam
Reklam

Gündəm