Gədəbəydə sahibkarlar üçün treninq keçirilib
Bizi izləyin

Ekopublika.az

Gədəbəydə sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirləri davam etdirilir. Bu cür treninqlər sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni b

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirləri davam etdirilir. Bu cür treninqlər sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanların zəruri biliklərin, praktik bacarıqların artırılmasında, beynəlxalq təcrübənin aşılanmasında əhəmiyyətlidir.

Bu istiqamətdə növbəti treninq mayın 30-da Gədəbəydə keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin təşkilatçılığı, Gədəbəy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Gədəbəy rayonunda turizmin inkişaf perspektivləri", "Biznesin əsasları təşkili və idarə edilməsi", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında təşkil olunan treninqdə turizm obyektlərində kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, turistlərin qarşılanmasının, yerləşdirilməsinin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin yaradılması, biznesin planlaşdırılması və idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilmişdir.

Tədbirdə qeyd olunan mövzular üzrə fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Sonda tədbir iştirakçılarına Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm