ARDNŞ-ə 5 milyon manat ziyan dəyib
Bizi izləyin

Ekopublika.az

ARDNŞ-ə 5 milyon manat ziyan dəyib

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

Publika.Az Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, görülmüş işlərin nəticəsidir ki, ötən il Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 10 min 878 əhali və 498 qeyri-əhali kateqoriyasına aid abonentlərin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib edilib.

18 min 253 istehlakçı təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə abonent bazasında qeydiyyata alınıb. Tərtib olunmuş “qüsur aktları”na əsasən, dəymiş ziyan 5 mln. 623 min 76 manat dəyərində hesablanıb. Qeyd edək ki, bu ildə tərtib olunmuş “qüsur aktları”nın miqdarı 2012-ci illə müqayisədə 1404 ədəd az olub.

“Azəriqaz” İB təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm