İranın neft şirkəti Muğanda kəşfiyyat işləri aparır
Bizi izləyin

Ekopublika.az

İranın neft şirkəti Muğanda kəşfiyyat işləri aparır

İranın PPZ neft şirkəti hazırda Muğan bölgəsində (Parsabad, Biləsuvar və Germi) kəşfiyyat işləri aparır. Bunu Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş bu gün azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

M.Xudabəxş bildirib ki, Muğan bölgəsində neft hasilatı məqsədi ilə kəşfiyyat işləri ilk dəfə 1950-ci ildə Fransa şirkəti tərəfindən həyata keçirlib, daha sonra 2007-ci ildə Xorvatiya şirkəti araşdırmaları davam etdirib və bura sərmayə yatırmağa hazır olub. /Trend/

O, qeyd edib ki, indiyədək Muğan bölgəsində Parsabad, Biləsuvar və Germi şəhərlərinin ətrafında 8 kəşfiyyat quyusu qazılıb və oradan neft tapılıb: "Bildiyiniz kimi, İranın cənubunda neft quyularından sutkada 10 min barelə qədər neft hasil olunur, Muğan bölgəsindəki quyularda isə bu rəqəm sutkada 200 bareldir. Sutkada bu qədər az neftin çıxarılmasının iqtisadi səmərəliliyi olmadığı üçün hələlik bu bölgədə neft hasilatı yoxdur".

Əyalət başçısı əlavə edib ki, PPZ şirkəti kəşfiyyat işlərini davam etdirir: "Əgər daha çox neft tapılarsa, o zaman bura daha çox investisiya yatırılacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm