Azərbaycan 10 min ton şəkər tozu satacaq
Bizi izləyin

Ekopublika.az

Azərbaycan 10 min ton şəkər tozu satacaq

Qırğız Respublikası baş nazirinin birinci müavini Tayırbek Sarpaşev Bişkekdə keçirdiyi mətbuat konfransında Azərbaycanla ticarət əlaqələrdən də danışıb.

Qırğız Respublikası baş nazirinin birinci müavini Tayırbek Sarpaşev Bişkekdə keçirdiyi mətbuat konfransında Azərbaycanla ticarət əlaqələrdən də danışıb.

T.Sarpaşev deyib ki, Qırğız Respublikası Azərbaycandan 10 min ton şəkər tozu alacaq. Onun sözlərinə görə, artıq Azərbaycan hökuməti ilə danışıqlar aparılmış və şəkər tozunun alınması ilə bağlı müqavilə də imzalanıb. O deyib ki, şəkər tozunun bir kiloqramı Qırğızıstan bazarında 45 som (1 dollar- 53 som) olacaq ki, bu da bazar qiymətlərindən 15-20 faiz aşağıdır. Elə bilirəm ki, iki həftədən sonra artıq Qırğız bazarında Azərbaycandan gətirilmiş şəkər tozu satılacaq.

Baş nazirin birinci müavini qeyd edib ki, şəkər tozu ilə məşğul olan bəzi şirkətlər yay aylarında onun bir kiloqramını 60-70 soma qaldırırlar. Artıq bu mümkün olmayacaq və bu məhsulun qiyməti sabit qalacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm