Dünya Bankının qapısındakı boynubükük ölkələr
Bizi izləyin

Ekopublika.az

Dünya Bankının qapısındakı boynubükük ölkələr

Dünya Bankının qapısındakı boynubükük ölkələr

Ölkələr və maliyyə korporasiyaları arasında baş verən pul məsələləri,kredit siyasəti həm iqtisadi, həm də siyasi problemlər yaradır.

Dünya bankının və valyuta fondunun hesabına müxtəlif ölkələri əsarət altına salmaq demək olar ki, adiləşib. Bir sözlə, Dünya bankı yıxılana balta vurmaq üzrə peşəkarlaşıb.

İqtisadi – eksper Qubad İbadoğlu Publika.Az –a bildirib ki: “Korrupsiyanın tüğyan etdiyi ölkələrdə, inkişafın geridə qaldığı ölkələrdə, təhsil imkanlarının çox zəif olduğu ölkələrdə iqtisadi və siyasi problemlər yaşanır.

Həmin ölkələrdə cəmiyyətin hökumətə heç bir təsir etmək imkanı olmur ki, desin, sənin aldığın kreditlər, resurslar hara sərf olundu.

Bununla, ölkə daxilində problemlər yaranır və qarşıdurmalar başlayır. Ölkələrin dünya bankından aldığı kreditlər düzgün istifadə olunmasa təbii ki, gözəl sonluqlarla bitmir və nəticədə ölkə kimlərdənsə asılı vəziyyətə düşür.

Ümumiyyətlə bu məsələlər 20 –ci əsrin hadisələri kimi hesab olunur. Yəni, hal hazırda bu kimi siyasətlərdən bir o qədərdə istifadə olunmur.

Oxucuların da yaxşı başa düşməsi üçün çox asan məsəl çəkim. Təsəvvür edin ki, siz bir məhəllədə yaşayırsınız və varlanırsınız. Sonra siz bahalı maşın alırsınız, yaxşı ev tikirsiniz və sizin ətrafınızdakılar o səviyyədə deyil.

Sizin imkanınız var ki, maşınınızı bahalı yuyucuda yuduzdurasınız. Amma bu şəkildə hərəkət etsəniz sizin maşını həyətdə cızarlar. Ona görə, vaxtaşırı məhəllədəki yuyucuda yuduzdurasınız. Bu o deməkdir ki, bu şəxsin imkanı yaxşılaşdı, amma bizimlə də ticarət edir. Ümumiyyətlə, dünya ölkələrində belədir.

Ehtiyac olmasa belə qonşu ölkələrlə də ticarət etməlisən. İnsanlar arasında söhbət gəzir ki, biz niyə Gürcüstana yanacağı ucuz verdik, niyə Dağıstanla alış veriş etdik. Siyasət də, iqtisadiyyat da həmişə onu tələb edir ki, regional və beynəlxalq səviyyədə ticari, mədəni dostluq əlaqələri aparasan.

Əgər yox desələr ki, “Burda mənəm Bağdadda kor xəlifə” onda bax o ölkələrin başından qapaz vururlar. Həm də elə vururlar ki, neçə il ölkə özünə gələ bilmir”.

Politoloq Qabil Hüseynli də,Publika.Az –a öz fikrini bildirib ki: “Bu məsələ ilə bağlı müəyyən şərtlər var. Şərtlərə görə, sosial proqramlar azaldılmalı, əhalinin əmək haqlarının azaldılması, əhalinin sosial müdafiəsinə ciddi nəzarət olmalıdır.

Bu proqramı dövlət özünün xüsusi proqramı kimi həyata keçirir. Proqramın əsası ciddi qənaət, sosial proqramların ciddi sürətdə ixtisara salınması, əhalinin maaşı kəskin sürətdə azaldılmalı, iş yerlərinin ixtisarı, ölkədə bürokratik aparatın keçirilməsidir.

Bir sözlə, əsasən büdcədən ayrılan təhsil, mədəniyyət, tibb və s. işçilərin əmək haqlarının azaldılması proqramı həyata keçirilməlidir ki,ölkəyə təzyiq olunmasın. Bir ölkə beynəlxalq valyuta fondunun nəzərdə tutduğu proqramı həyata keçirməsə təzyiq altında qalır.

Ümumiyyətlə bu kimi təzyiq tənqid olunur. Çünki, bi kimi məsələlər hökumətlərin istefasına,xalq arasında ziddiyətlərin əmələ gəlməsinə səbəb olur. Bu nöqteyi nəzərdən Beynəlxalq valyuta fondunun proqramları imperialist proqramılar adlanır”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm