Ən yüksək maaş sənaye sahəsindədir
Bizi izləyin

Ekopublika.az

Ən yüksək maaş sənaye sahəsindədir

Ən yüksək maaş sənaye sahəsindədir

Ən yüksək maaş sənaye sahəsindədir Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqısı 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən il 6,6 faiz çoxalaraq 419,0 manat təşkil edib.

Publika.Az xəbər verir ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqısı daha yüksək olub. Sənayedə 645,7 manat, tikinti kompleksində 616,8 manat, nəqliyyatda 532,2 manat, informasiya və rabitə sahəsində 671,3 manat təşkil edib.

Əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8,0 faiz artaraq 37,6 milyard manata, hər nəfərə düşən məbləği isə 6,6 faiz artaraq 4039,6 manata çatıb.

Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm