LUKoil Krımdan çıxdı
Bizi izləyin

Ekopublika.az

LUKoil Krımdan çıxdı

“LUKoil” prezidenti Vahid Ələkbərov “Vedomosti” qəzetinə müsahibəsində bildirib ki, şirkət Krım rəhbərliyinin xahişi ilə bütün yanacaqdoldurma məntəqlərini satıb.

Publika.az Caspian Barel-ə istinadən xəbər verir ki, “LUKoil” rəhbəri sövdələşmənin kommersiya xarakteri daşıdığını deyib: “Ancaq vəziyyəti nəzərə alaraq endirimlər edilib”. Şirkət artıq satılmış məntəqələrə yanacaq tədarük etməyəcək”.

V.Ələkbərovun sözlərinə görə, “LUKoil” şirkətinin Ukraynada 250 yanacaqdoldurma məntəqəsi var: “Bizim Ukraynanın bütün regionlarında yanacaqdoldurma stansiyaları var – xususilə Ukraynanın mərkəzi, cənubi və qərb hissəsində”.

O da məlum olub ki, “LUKoil”ın Ukraynada 5 minə yaxın işçisi var: “Bundan əlavə, şirkətə “Karpatneftxim” neft-kimya kompleksi də daxildir. Hazırda zavodun fəaliyyəti iqtisadi və təhlükəsizlik səbəbləri ilə əlaqədar olaraq dayandırılıb. İşçilər müəssəsinin dayanmasına baxmayaraq, əməkhaqqı alırlar. Biz həmkarlar ittifaqı və regional hakimiyyət orqanları ilə yaxşı münasibətlər qurmuşuq və bizim regional rəhbərliyimiz hakimiyyət orqanları ilə sıx əlaqədədirlər”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm