Yeni binalarda evlər 10 faiz bahalaşıb
Bizi izləyin

Ekopublika.az

Yeni binalarda evlər 10 faiz bahalaşıb

“Bakı şəhəri daşınmaz əmlak bazarında ilin əvvəlindən davam edən qiymət artımı may ayında azalma ilə müşahidə olunub”.

Bunu Publika.az-a açıqlamasında “MBA CONSULTİNG GROUP”un rəhbəri Nüsrət İbrahimov deyib. O qeyd edib ki, Ilin əvvəlindən daşınmaz əmlak bazarında ümumi qiymət artımı 13.6% olduğu halda, təkrar yaşayış mənzil bazarında 16.82%, ilkin yaşayış mənzil bazarında isə 10.47% təşkil edib: “Qeyd etmək lazımdır ki, son 3 ildə davamlı qiymət artımı son aylarda bazarda aktivliyin azalması ilə nəticələnib. Ümumilikdə Bakı şəhəri ilkin mənzil bazarında aktivlik 2014-cü ilin may ayında əvvəlki aprel ayı ilə müqayisədə 0.9% artıb. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə 7.52% azalıb”.

Ekspert deyir ki, son aylar ilkin mənzil bazarının təklif portfelində azalmalar tələbin artımı və tikinti həcminin azalması ilə əlaqələndirilir: “Hər ay olduğu kimi, bu ay da bazarda struktur dəyişikliyi davam edib, nəticədə bazar indikatorlarında uyğun dəyişikliklər qeydə alınıb. Yuxarıda qeyd edildiyi kimi, hazırki ilkin mənzil bazarındakı aktivlik, qiymət indeksində özünü əks etdirib”.

Məlum olur ki, 2014-cü ilin may аyının sonuna Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn iri çoxmənzilli yaşayış binаlаrın sаyı 103 ədəd, satışa təklif olunan mənzillərin sayı isə 538 ədəd оlub. 2014-cü ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfeli strukturunda, o cümlədən binaların keyfiyyət göstəricilərinə görə bölgüsündə, inzibati rayonların təklif portfelində pay bölgüsündə dəyişiklik davam edib: “Bazarda təklifin həcmində ay və il üzrə azalmalar qeydə alınıb. Son aylar təklifin həcmində azalmalar müşahidə olunur. Bu azalmaya səbəb kimi, uzunmüddətli mənzil tikintisində rentabelliyin aşağı olması nəticəsində bu seqmentə investorların maraqlarının azalması ilə bağlamaq olar. Artım əsasən bahalı mənzil bazarında müşahidə edilir. Ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi şəhərin III zonasında mütləq çoxluq təşkil edib. Villa və fərdi evlərin satış portfelində isə üstünlük IV zonaya aid olub. Yaranmış vəziyyət isə son nəticədə həm əhalinin sıxlığının bu zonada artmasına və həmçinin qiymətlərin yüksəlməsinə zəmin yaradıb”.

N.İbrahimov deyir ki, məhz bu amil təklif portfelində də struktur yerdəyişmələrinə səbəb olub: “Təklif portfeli, həmçinin aktivlik tədricən şəhərin mərkəzindən uzaqlaşır. Hesabat ayı üzrə I və II zonalarda artım, III zonada isə azalma qeydə alınıb. Belə ki, birinci zonada mənzilin kvadratmetrinin qiyməti 2299 dollar, ikinci zonada 1722 dollar, üçüncü zonada 1035 dollar, dördüncü zonda 762 dollardır. Şəhər üzrə iri yaşayış massivləri əsasən III zonada yerləşdiyindən, tikintinin həcmində bu zonanın payı da mütləq üstünlüyə malik olub”.

Mütəxəssis bildirir ki, bazarda satış qiymətləri son 1 il ərzində artıma meyllidir: “Qiymətlərin artım tempi ətraf region paytaxt şəhərlərində daşınmaz əmlakın qiymət artımına, bazarda pul kütləsinin və əhalinin gəlirlərinin artım tempinə uyğun olub. Köhnə tikililərin sökülmə riskləri son nəticədə yeni tikililərdə qeyri-yaşayış sahələrinə tələbin artımı ilə nəticələnir. “Elit” mənzillərə qiymət artımı şəhərin II zonası olan Yasamal, Səbail və Nəsimi rayonlarında daha çox hiss edilib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm