Sığortaedənin uçot nömrəsini almağın ən asan yolu
Bizi izləyin

Ekopublika.az

Sığortaedənin uçot nömrəsini almağın ən asan yolu

Sığortaedənin uçot nömrəsinin ən asan yolu ortaya çıxdı

Dövlət Sosial Müdafiə Fondunun "Elektron hökumət" portalı vasitəsilə təqdim etdiyi "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi" adlı elektron xidmət hüquqi, fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin öz uçot nömrələri barədə məlumatı dərhal, maneəsiz əldə etməyə imkan verir.

Sözügedən xidmət "Elektron hökumət" portalının "Qeydiyyatsız xidmətlər" bölməsində yerləşdirilib. Xidmətdən istifadə qaydaları olduqca sadədir.

Müraciət edən hüquqi və fiziki şəxs yalnız öz VÖEN-ni, torpaq pay mülkiyyətçisi isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriya və nömrəsini daxil etməklə sığortaedənin uçot nömrəsini (SUN) dərhal öyrənə bilər.

"SUN" sığortaedənin elektron xidmətlərdən istifadəsi üçün tələb olunan əsas göstəricilərdən biridir.

Bu nömrəni sığortaedən əldə etməklə hesabatlarını elektron qaydada göndərmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək və digər elektron xidmətlərdən istifadə etmək imkanını qazanır.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm