Fond rəhbəri Meksikaya getdi
Bizi izləyin

Ekopublika.az

Fond rəhbəri Meksikaya getdi

MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Axar.az xəbər verir ki, 2014-cü il 1-2 iyul tarixlərində Meksikanın paytaxtı Mexiko şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 27-ci iclası keçirilib. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak edib.

Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Ölkəmiz MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT dövlətdir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Xatırladaq ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüs və neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm