Barak Obama niyə iPhone-dan imtina etdi?
Bizi izləyin

Ekopublika.az

Barak Obama niyə iPhone-dan imtina etdi?

ABŞ prezidenti Barak Obama , etibarlı olmadığı üçün iPhone istifadə etmir

ABŞ prezidenti Barak Obama , etibarlı olmadığı üçün iPhone istifadə etmir. ABŞ-da, Pentaqon başda olmaq üzrə bəzi dövlət qurumlarının, təhlükəsizlik səbəbi ilə BlackBerry telefonundan istifadə etdiyi açıqlanıb.

Ancaq Barak Obama iPhone –ni, etibarlı saymadığı üçün istifadə etmədiyi ortaya çıxıb.

Publika.Az –ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Obama etdiyi şərhdə müavinlərinin tövsiyəsi ilə, BlackBerry telefonundan istifadə etdiyini yazıb və onuda əlavə edib ki: “Təhlükəsizlik səbəbi ilə iPhone -dan istifadə edilməsinə icazə verilmir!” Qızlarının iPhone istifadə etdiklərini və bu mövzuda hər hansı bir müdaxilə olmadığını söyləyən Obama, qızlarının iPhone -dan gözlərini ayıra bilmədiyini da ifadə edib.

Google, Yahoo kimi məşhur xidmətləri izlədiyi səbəbi ilə, dünyadan reaksiya yığan ABŞ Milli Təhlükəsizlik Təşkilatı ( NSA) Obamaya iPhone –dan istifadə etməyə icazə vermir.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm