16 trilyon dollarlıq qadın
Bizi izləyin

Ekopublika.az

16 trilyon dollarlıq qadın

Dünya onun əlindədir

Alacağı bir qərarla yalnız öz ölkəsini deyil, bütün dünyanı altını-üstünə çevirmə lüksuna sahib olan Amerika Mərkəz Bankının rəhbəri fevral ayının 1-dən ilk dəfə qadın olacaq. Trilyonlarca dollarlıq iqtisadiyyata istiqamət verəcək bu qadın kimdir? Publika.Az Janet Yellenin həyat hekayəsini təqdim edir.

Yellenilin həyat yolu Brooklyndan başlayıb. Yellenin göz açdığı Bay Ridge məhəlləsində əksəriyyəti İrland, İtalyan, Livan və yəhudi ailələri yaşayırdı. Yellənin həkim atası evlərinin giriş qatını müayinə olaraq istifadə edirdi.

Anası ixtisasca İbtidai məktəb müəllimi olsa da iki uşağına baxmaq üçün işləmirdi. Bir sözlə Yellenin valideynləri Amerikada 1929-cu ildə birjanın çökməsiylə başlayan və bütün dünyanı təsiri altına alan iqtisadi böhranın (Böyük Böhran) uşaqları idi.

Ən yaxşısını edirdi

Janet Yelleni orta məktəbi, liseyi yüksək göstəricilərlə bitirib. Müasirlərinin dediyinə görə, o, ola bildiyi qədər normal gənc qız imiş. Yəni saatlarla telefonda danışırmış, kişilərdən, paltarlardan bəhs edərmiş. Janet Yelləni liseydən sonra ABŞ-ın ən prestijli təhsil müəssisəsi olan Brown Universitetini seçir.

Browna gedərkən məqsədi riyaziyyat, ya da iqtisadiyyat üzrə oxumaq olsa da ikincini seçir. Belə ki, gənc qız universitetdə Grosartu görür. Və ilk dərsdən iqtisadiyyata vurulur. Sonradan ondan niyə iqtisadiyyatı seçdiyini soruşduqda isə "insanların rifahıyla əlaqədar sualları ələ almanın ən məntiqli yolu olduğu üçün" deyirdi.

Harvard işə götürmür

Braundan sonra Yelleni başqa prestijli ali məktəb üçün yola çıxır. Yel Universitetində doktorluq müdafiə edir. 1971-ci ildə Harvard Universitetinə dəvət alır. Burada bir müddət köməkçi dosent olaraq işləyən Yelleniyə qalıcı iş təklif edilmədiyindən 1977-ci ildə FED-də iqtisadçı kimi işə başlayır.

Amma bu ilk təcrübəsi qısa sürür. Məşhur iqtisadçı Corc Akerlof ilə burada tanış olub evlənən Yelləni ertəsi il yeni əriylə birlikdə Kaliforniyadakı Berkeley Universitetində müəllimliyə başlayır.

Əyləncəli və çox yorucu

Janet Yelleni 1994-cü ildə Bill Klinton tərəfindən FED-in idarə heyətinə seçilir. Və paytaxta dönür. 1996-cı ildə FED-dən ayrıldıqdan sonra Klintonun İqtisadi Məsləhətçilər Şurasında vəzifə yerinə yetirir. 1999-cu ildə təkrar Berkeleydə müəllimliyə dönür. 2004-cü ildə San Fransisko Mərkəzi Bankının rəhbəri seçilir.

2010-cu ildə FED-in rəhbərinin köməkçisi vəzifəsinə gələn Yelleni önümüzdəki həftə bu təşkilatın rəhbəri kürsüsünə əyləşən ilk qadın kimi vəzifəsinin icrasına başlayacaq. Vaşinqtona ilk dəfə lisey şagirdiykən gələn Yelləni iş təcrübəsini "əyləncəli və çox yorucu" olaraq izah etmişdi.

Yelleninin dünya maliyyə bazarlarının zirvəsində keçirəcəyi dörd ili isə necə dəyərləndirəcəyini zaman göstərəcək.

Kafeteryada başlayan eşq

J. Yelleni Nobel Mükafatlı iqtisadçı Corc Akerlof ilə evlidir . FE-də tanış olan cütlük Martin binasında panoramik mənzərəli və orta yeməkləriylə məşhur olan kafeteryada söhbət edərkən aşiq olduqlarını deyirlər. Akerlof otobiyografik bir yazıda "Bir-birimizdən dərhal xoşlandıq.

Yalnız xarakterlərimiz uyğunlaşmırdı. Amma makro iqtisadi mövzusularda çox uyğun idik”. Axşam yeməklərində iqtisadiyyatdan danışan ailə təkuşaqlıdır. Balaca Robert Akerlof hələ 13 yaşından iqtisadçı olmağa qərar verib.

"Asanca gülümsəyən qadın"

Yellənini tanıyanlar qəzetlərə verdikləri müsahibələrdə onu "ultra ağıllı amma eyni zamanda ultra metodik" biri olaraq təsvir edirlər. Lisey yoldaşlarından biri Yelləninil nə qədər çalışqan olduğunu izah edərkən "Məncə əsla kürəyini yalnız parlaq zəkasına söykəmədi" deyə bildirib. Yelləninin zəkasına və müvəffəqiyyətlərinə baxmayaraq təvazökar olduğu danışılır. Həmkarları onu "Asanca gülümsəyən bir qadın" kimi təsvir edirlər.

Fərdi sərvəti 13 milyon dollardır

Janet Yelləni FED başçısı olaraq ildə 199 min 700 dollar qazanacaq. 2012-ci ildə nəşr edilən maliyyə sənədlərinə görə, Yellenini həyat Corc Akerlof ilə ortaq 4-13 milyon dollarlıq sərvəti var. Cütlüyün sərmayə fondlarından əlavə “Conoco Philips”, “DirectTV”, “Pfizer”, “OfficeMax”, “Raytheon” kimi şirkətlərdə hissələri də var.

50 min dollarlıq marka kolleksiyası

Janet Yelləninlə bağlı daha bir maraqlı fakt onun kolleksiyalarıdır. Gənclik illərindəki ən böyük hobbisi daş kolleksiyası imiş. Hətta onlardan tədrisdə əyani vəsait kimi istifadə edilməsinə kömək də edib.

Belə ki, 1960-cı illərdə ailəsiylə çıxdığı transatlantik gəmi səyahətində tanış olduğu bir geoloqun ona bağışladığı yüz milyonlarla illik bir trilobit qalığını biologiya laboratoriyasına icarəyə verib.

Yelləninin bu günki hobbiləri arasında dağ gəzintisinə çıxmaq, tennis oynamaq və yemək bişirmək var. O eləcə də əri C. Akerlof ilə birlikdə marka kolleksiyasına sahibdir. Koleksiyanın dəyəri 15-50 min dollar arasındadır.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm