Korporativ qiymətli kağızların ticarətində 31% artım olub
Bizi izləyin

Ekopublika.az

Korporativ qiymətli kağızların ticarətində 31% artım olub

Korporativ qiymətli kağızların ticarətində 31% artım olub

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2013-cü il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabatını açıqlayıb.

Publika.Az xəbər verir ki, 2013-cü il ərzində qiymətli kağızlar bazarının ticarət infrastrukturunda köklü dəyişikliklərə nail olunub.

Hesablaşma və depozitar funksiyalarını birləşdirməklə Mərkəzi Depozitar institutunun formalaşdırılması başa çatdıb. Bununlada gələcəkdə Azərbaycanın qiymətli kağızların təkrar bazarında dinamik inkişafı üçün bütün insttsional şərait təmin edilib.

Ötən dövr ərzində ölkənin qiymətli kağızlar bazarında əməliyyatların dinamikasının qorunub saxlanılıb.

O da məlum olub ki, korporativ qiymətli kağızların ticarətində ötən dövrlərlə müqayisədə 31% artım olub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm