Ekopublika.az
Elektron ticarətdə vergi güzəştləri tətbiq ediləcək
Elektron ticarətdə vergi güzəştləri tətbiq ediləcək
Elektron ticarət vasitəsilə ölkəyə gətirilən və dəyəri min manata qədər olan mallara vergi güzəştləri tətbiq edilib.
Publika.Az-ın ictnews.az-a istinadən verdiyi xəbərə görə,son vaxtlar ölkə əhalisinin internet üzərindən alış-verişə olan marağının xeyli dərəcədə yüksəlməsi elektron ticarət əsasında ölkəyə daxil olan beynəlxalq poçt göndərişlərinin həcminin artması ilə nəticələnib.
Sözügedən həcmin artım tendensiyası, e-ticarətə müraciət edənlərin sayının sürətlə çoxalması ölkə rəhbərliyinin diqqətini cəlb edib və bu sahədə vətəndaşlarımızın rahatlığının təmin edilməsi və maddi maraqlarının qorunması istiqamətində Azərbaycan Hökuməti tərəfindən mühüm addım atılıb.
Belə ki, elektron ticarət yolu ilə daha qiymətli mal və əşyaların
gətirilməsinə şərait yaratmaq məqsədilə müvafiq gömrük Qaydaları
yenidən işlənib.
Bununla bağlı AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" təsdiq edilib.
Yeni Qaydalarda öz əksini tapmış əsas prinsipial məqamlardan biri
də ondan ibarətdir ki, beynəlxalq poçt göndərişləri vasitəsilə eyni
fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri
1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq
olmayan gömrük ərazisinə gətirilən qeyri-kommersiya, yaxud
qeyri-istehsal xarakterli mallar güzəştli qaydada (gömrük
ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməklə poçt
vasitəsilə gətirilə bilər.
Məlumdur ki, əvvəllər bu güzəştin məbləği 200 ABŞ dolları
ekvivalenti təşkil edib. Digər bir yenilik isə ondan ibarətdir ki,
əgər gətirilən malın dəyəri təyin olunmuş həddi (1000 ABŞ
dollarını) aşarsa, gömrük rüsumu yalnız həmin həddən artıq olan
məbləğə tətbiq ediləcək.
Bundan əvvəlki qaydalara görə isə, gömrük rüsumu dəyəri 200 ABŞ dollarından yuxarı olan malın tam dəyərinə tətbiq edilirdi. Sözügedən dəyişikliklər vətəndaşlara daha böyük imkanlar yaratmaqla onların vəsaitlərinə qənaət etməsinə gətirib çıxardıb.
Bu qərar artıq ötən ilin noyabr ayının 27-dən qüvvəyə
minib. Hesab edilir ki, vətəndaşların hökumətin onlar üçün
yaratdığı bu imkanlar barəsində məlumatlarının artması, alış-veriş
zamanı elektron ticarətə üstünlük verəcək, bu da öz növbəsində poçt
göndərişlərinin həcminin daha da artmasına təsir edəcəkdir.
Bununla bərabər, yeni Qaydalar vətəndaşlarımıza şəxsi istifadəsi
üçün daha geniş çeşidli və dəyəri nisbətən yüksək olan mal və
əşyaların beynəlxalq poçt göndərişləri vasitəsilə gətirilməsinə
şərait yaradacaq. Qeyd olunmalıdır ki, bu sahədə poçt
müəssisələrinin üzərinə də ciddi vəzifələr düşür.
Ona görə də "Azərpoçt" MMC tərəfindən artıq bəzi tədbirlər həyata keçirilməkdədir. Belə ki, internet sifariş əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə "Azərpoçt" MMC-də yeni "SMS-bildiriş" xidmətinin göstərilməsinə başlanılıb.
Poçt müəssisələrinə daxil olan beynəlxalq göndərişin üzərində
alıcının telefon nömrəsi olduqda, həmin nömrəyə operativ olaraq
"SMS-bildiriş" göndərilir və bildirişdə vətəndaşın adına poçt
göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən
poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat
verilir.
Yeni xidmətin tətbiqi artıq ilk müsbət nəticələrini verib və
beynəlxalq kiçik paket və bağlamaların çatdırılmasını xeyli
dərəcədə sürətləndirib.
Publika.Az
Oxumağa davam et
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?