32 min 531 ton təyyarə yanacağı ixrac edilib
Bizi izləyin

Ekopublika.az

32 min 531 ton təyyarə yanacağı ixrac edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsi tərəfindən cari ilin iyununda 173 ton avtomobil benzini, 80 min 202 ton dizel, 32 min 531 ton təyyarə yanacağı və 39 min 260 ton vakuum qazoylu ixrac edilib.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, yanvar-iyun aylarında dünya bazarlarına 557 ton avtomobil benzini, 377 min 636 ton dizel, 75 min 591 ton təyyarə yanacağı, 178 ton soba mazutu və 109 min 635 ton vakuum qazoylu ixrac olunub.
İyunda dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 1021,32 dollar, təyyarə yanacağının - 958,18 dollar, dizel yanacağının - 901,80 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 641,07 dollar təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm