Azərbaycan “şimal” marşrutu ilə neft ixracını azaldıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycan “şimal” marşrutu ilə neft ixracını azaldıb

2014-cü ilin yarısında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə 508,222 min ton neft yola salınıb.

Publika.az da SOCAR-ın mətbuat xidmətinə istinadən bildirir ki, 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə nəqlin həcmi 38,5% azalıb.

Caspian Barel-in açıqlamasına görə, azalmanın obyektiv səbəbləri var. Belə ki, “şimal” marşrutu ilə əsasən SOCAR-ın neft həcmləri ixrac edilir. Cari ildə isə xam neftin emala verilmə həcmləri plana əsasən artırılıb. Ona görə də Bakı-Novorossiyk neft kəməri ilə ixrac azalır.

SOCAR-dan isə bildirilir ki, 2014-cü ilin iyun ayında Novorossiysk limanından 84,577 min ton Azərbaycan nefti yola salınıb. Ümumiyyətlə isə, Azərbaycan 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə 1,02 mln ton neft göndərməyi (aylıq 85 min ton) planlaşdırır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm