Kirayə mənzillərin qiymətləri qalxıb
Bizi izləyin

Ekopublika.az

Kirayə mənzillərin qiymətləri qalxıb

2014-cü ilin may ayında kirayə mənzil bazarında aktivliyin artması nəticəsində qiymətlər 748 $/mənzil-dən 0,53% artaraq 752 $/mənzil, bazarda əməliyyatların sayı isə 170-dən 1,76% artaraq 173 ədəd təşkil edib”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Nüsrət İbrahimov bildirib. O deyib ki, kirayə haqqı 4,0% azalaraq 11,87 $/kv.m-dən 11,39 $/kv.m-ə düşüb: “Lakin, nəzərə alsaq ki, may ayında bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində artım qeydə alınıb, o zaman hər kv.m-ə görə qeyd edilən azalmanı normal hesab etmək olar. May ayında tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000$-dan yuxarı) payı 5,3% artaraq 21,2%, ucuz evlərin (aylıq kirayə haqqı 500$-a qədər) payı isə 16,7% azalaraq 29,1% olub, orta qiymətə kirayə evlərinin payı isə uyğun olaraq 24,8% azalaraq 49,7% təşkil edib. Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub. Tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib”.

N.İbrahimov deyib ki, 2014-cü ilin may ayında kirayə mənzil bazarında təklifin həcmi 21,2% azalaraq, 189 mənzil təşkil edib: “Təklif portfelində azalma bazarda aktivliyin tədricən artması ilə izah edilir. Ay ərzində xüsusən də təklif portfelində daha çox orta qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin yuxarı olması ilə bağlı olub”.

Ekspertin sözlərinə görə, 2014-cü ilin may ayı ərzində təklif portfelinin strukturunda da dəyişiklik qeydə alınıb: “ Bahalı evlərin, xüsusən də aylıq kirayə qiymətləri 1000$-dan yuxarı olan mənzillərin 80-85%-i mərkəzi rayonlarda, yəni I və II zonalarda təklif edilib. Qalan 15-20%-in mütləq hissəsini isə şəhərin III və IV zonalarında yerləşən mənzillər təşkil edib. Təklif portfelinin strukturunda uğun dəyişiklik otaq sayında da müşahidə edilib. Yalnız 1 otaqlı mənzillərin sayında artma qeydə alınıb, qalan mənzillərin hamısında isə azalmalar olub. Bazarda qiymətlərin dəyişməsi də təklif portfelində sayın dəyişməsi ilə düz mütənasiblik təşkil edib.May ayında bahalı və orta qiymətli mənzillərin qiymətində və sayında azalma müşahidə olunub. Portfel strukturunda və qiymətlərdə belə dəyişiklik, bazarda yaranmış yaz-yay fəslinə xas olan durğunluğun nəticəsidir.Təklif portfelinin zonalar üzrə bölgüsündə IV zonadan fərqli olaraq I, II və III zonalarda azalma müşahidə edilib. Əhalinin əksər hissəsinin III və IV zonaya maraq verdiyindən, I və II zonalarının təklif portfelində payı stabil olaraq qalıb”.

Qiymətlərə toxunan N.İbrahimov deyir ki, mənzil kirayə bazarında qiymətlər tələbə uyğun dəyişib. Əgər ötən ilin may ayında kirayə mənzil bazarında orta qiymət 736,0 $/mənzil və ya 11,29$/kv.m təşkil edirdisə, 2014-cü ilin müvafiq ayında qiymət 752 $/mənzil və ya 11,39 $/kv.m olub. Rəqəmlərdən də göründüyü kimi, il ərzində mənzilin kirayə qiymətində 1,63%, 1 kv.m sahənin kirayə qiymətində isə 0,89% artım baş verib. Hesabat ayında kirayə verilən evlərin qiymətində artım ali təhsil ocaqlarında qəbul imtahanlarının sona yaxınlaşması ilə izah edilir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm