Unun qiyməti artdı
Bizi izləyin

Ekopublika.az

Unun qiyməti artdı

Yay fəslində isti və günəş şüalarının təsirindən keyfiyyətini itirən qidaların qəbulundan xəstəxanalıq olan şəxslərin sayında artım var.

ANS TV-nin məlumatına görə, digər aylara nisbətdə yay aylarında mədə-bağırsaq xəstəliklərinin aktivləşməsi daha çox təsadüf olunur. Qəbul edilən qarışıq qidalar və ərzaqların daha tez xarab olması və bu halda qəbul edilməsi bakteriaların çoxalması və inkişafı üçün münbit şərait yaradır.

Həkim Məlahət Qəhrəmanovanın sözlərinə görə, xüsusilə uşaqlarda orqanizm həssas olduğu üçün müxtəlif meyvələrin həddən artıq qəbulu və sərinləşdirici içkilərin aramsız olaraq içilməsi bu kimi problemlərə səbəb olur. Bu səbəbdən qidaları sərin vəziyyətdə saxlamaq və günəş şüalarından qorumaq məsləhətdir.

Həkimin sözlərinə görə, bir çox hallarda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər çiy meyvələrə üstünlük verir. Amma bu vəziyyəti daha da pisləşdirə bilər. Belə insanlara bişmiş meyvələrdən daha çox istifadə etmək və soyuq su ümumiyyətlə qəbul etməmək məsləhət görülür.

Həkim onu da bildirdi ki, ağartı məhsulları mədə-bağıraq sisteminin öz işini bərpa etməsində xüsusi əmiyyətə malikdir. Ona görə bu tip qidaların qəbuluna yay aylarında daha çox yer ayırmaq lazımdır. Əsasən də yağlı yeməklərin qəbulundan sonra ağartı məhsulları mədəyə yüngüllük gətirir ki, bu da həzmin yaxşılaşmasına səbəb olur.

Həzm sistemində olan problemlərdən şikayətlənənlərin oruc tutarkən diqqətli olmaları lazımdır. Çünki uzun müddət ac qalmaq mədədə əgər yaralar varsa, onların daha da inkişaf etməsinə şərait yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm