Plastik pul dövrü başlayır
Bizi izləyin

Ekopublika.az

Plastik pul dövrü başlayır

Plastik pullara keçid

İngiltərə plastik pula keçir.

İngiltərə 2 il sonra kağız pulu buraxaraq, plastik pula keçəcək. Səbəb daha dayanıqlı , təmiz və etibarlı pulların əldə olmasıdır . İngiltərə ilk deyil, plastik puldan istifadə edən 20-dən çox ölkə var.

İngiltərə Mərkəzi Bankı, 2016 –cı ildən etibarən kağız pul yerinə plastik pul basılmağa başlanacağını açıqlayıb. Tədavülə əvvəl , üzərində keçmiş baş nazir Uinston Çörçilin olduğu 5 sterlinqlik banknotlar girəcək.

Bir il sonra çap olunacaq 10 sterlinqlik banknotlarda isə yazar Jane Austen iştirak edəcək. Xammalı polimer olan plastik pulun kağız pula görə 2.5 qat daha dayanıqlı olduğu ifadə edilir. Plastik pul ləkə tutmur , asanda təqlid edilə bilmir.

Hətta, paltar maşınında yuyununca belə pozulmur ancaq, ütülənərkən həddindən artıq istiyə məruz qaldığına görə çat verir.

İctimaiyyət yoxlamaları , İngilis xalqının yüzdə 87 -%nin plastik pulu dəstəklədiyini göstərir.

1988-ci ildə Avstraliyada istifadə edilməyə başlayan plastik pul, aralarında Kanada, Yeni Zelandiya və Meksikanın da olduğu 20-dən çox ölkədə dövriyyədədir. Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm