• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Halal Bərəkət"in sexində standartların pozulduğu aşkarlanıb

“Halal Bərəkət"in sexində standartların pozulduğu aşkarlanıb

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sabunçu rayonunda yerləşən, süd məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs Dördyol Adil Mustafa oğluna məxsus sexdə dövlət nəzarəti tədbirləri həyata keçirib.

Komitənin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, araşdırmalar zamanı "Halal Bərəkət" nişanlı süd məhsullarının texnoloji təlimat və reseptura olmadan gözəyarı hazırlandığı, xammal və istehsal olunmuş məhsulların temperatur rejiminə və mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanıldığı aşkar olunub. Aparılan dövlət nəzarəti tədbirləri nəticəsində məhsulların markalanmasının da standartların tələblərinə cavab vermədiyi müəyyən edilib.

Belə ki, məhsullar üzərində onların saxlanma şəraiti, yararlılıq müddəti, tərkibi haqqında təhrif olunmuş məlumatlar göstərilib. Reseptura üzrə yararlılıq müddəti 10 faiz yağlı xamada 72 saat, 3,2 faiz yağlı qatıqda 14 sutka, dovğada 14 sutka, ayranda 72 saat olduğu halda hər birində əsassız olaraq 20 sutka qeyd olunub. Həmçinin 1,4 faizli ayranın yağlılğı 1,6 faiz göstərilib.

Pendir istehsalı zamanı texnoloji prosses bitdikdən sonra istehsalçı müəssisədə 8 dərəcədən yuxarı olmayan temperaturda duz məhlulunun içərisində saxlanılmalı olduğu halda, məhsul dəmir qablarda polietilen klyonkaların içərisinə qoyularaq soyuducularda saxlanılıb.

Aşkar edilən bu və digər nöqsanlarla bağlı normativ sənədlərin tələblərinə cavab verməyən məhsul partiyası aktlaşdırılaraq satışının qadağan olunması barədə tələbnamə verilib.

Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR