Yeni iş yerləri açılacaq
Bizi izləyin

Ekopublika.az

Yeni iş yerləri açılacaq

İqtisadiyyat və Sənaye Nazirliyinin verdiyi xəbərə görə, verilmiş kreditlər əsasən, heyvandarlıq, üzümçülük, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Publika.az-ın məlumatına görə, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 2676 sahibkara 129,6 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

“Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8274 investisiya layihəsinin maliyyələşdirilməsinə 355,9 milyon manat güzəştli kredit verilib. digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 30 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm